Click here to move
Г‡empionatın zona mərhələsi -

Г‡empionatın zona mərhələsi

19 avqust 2016-cı il tarixdə İsmayıllı rayonu Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və AZ KOMA-nın (Azərbaycan Komputer Oyunları Milli Assosiyasiyasının) birgə təşkilatçılığı ilə komputer oyunları üzrə gənclər arasında X Azərbaycan Milli Г‡empionatının Dağlıq Şirvan zonası üzrə zona mərhələsi keçirilib.
Г‡empionatın zona mərhələsi
Tədbiri İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov açıb. İştirakçıları salamladıqdan sonra onları rayonumuzda görməkdən məmnunluğunu ifadə edib və oyunçulara müvəffəqiyyət arzulayıb.
Az KOMA-nın Prezidenti Ramin Əliyev oyunlar barədə ətraflı məlumat verib, bu qəbildən olan yarışların keçirilməsinin əhəmiyyəti barədə danışıb.
İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı Nəsimi Teymurov da iştirakçılara, gələn qonaqlara RİH başçısının xoş arzularını və salamlarını çatdırıb.
Dağlıq Şirvan zonasına daxil olan Ağsu, İsmayıllı, Qobustan, Şamaxı, Ucar, Kürdəmir rayonları üzrə komanda yarışında İsmayıllı komandası birinciliyi qazanaraq Bakı şəhərində keçiriləcək Respublika final mərhələsinə vəsiqə ilə özünü təmin edib.
Fərdi oyun olan FİFA 16 mərhələsində isə İsmayıllı rayonunun təmsilçisi Elburus Hüseynov bütün rəqiblərini üstələyərək birinciliyi əldə edib. O, Respublika final mərhələsində fərdi oyunlarda iştirak etmək hüququ qazanıb.
Qaliblər Assosiasiyanın diplomları ilə təltif edilib.
Ş.Qafarova

Şərh Yaz