Click here to move
Gənclər inkişaf prosesində iştirak edirlər -

Gənclər inkişaf prosesində iştirak edirlər

12 avqust 2016-cı il tarixdə Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında Beynəlxalq Gənclər Günü münasibətilə İsmayıllı rayon Gənclər və İdman İdarəsi dəyirmi-masa təşkil edib. Tədbiri idarənin rəisi Taleh Salehov açıb və gəncləri bayram münasibətilə təbrik edib.
 Gənclər inkişaf prosesində iştirak edirlər
Gənclər gününün keçirilmə tarixi haqqında geniş məlumat verilib. Sonra İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı Nəsimi Teymurov gənclərin ictimai-siyasi həyatda tutduqları mövqedən, gündəlik inkişaf prosesindəki iştiraklarından söz açıb. Yeri gəlmişkən, İsmayıllı gənclərinin uğurlarından danışıb. Gənclər üçün təşkil edilmiş çay süfrəsi ətrafında müzakirələr aparılıb. Г‡ıxışlardan sonra tədbir bəddi hissə ilə davam etdirilib.
T.Məhərrəmov

Şərh Yaz