Qələbə daha şirin olub

27-28 avqust 2016-cı il tarixlərində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin, Qəbələ rayon İcra Hakimiyyətinin, Azərbaycan Milli Kulinariya Mərkəzinin, Azərbaycan Milli Kulinariya Assosiyasiyasının birgə təşkilatçılığı ilə “Qafqaz Karvansaray Hotel”də Türkiyə, İran, Qana, Gürcüstan, Rusiya, Şimali Kipr, Ukrayna, Özbəkistan, Г‡in şirniyyatçıları, eləcə də Azərbaycanın 30 şəhər və rayonunun iştirakı ilə keçirilən “IV Beynəlxalq Mürəbbə festivalı”nda iştirak etmişik, “Böyürtkan” mürəbbəsi nominasiyası üzrə şəhər və rayonlar üzrə I yerə, İsmayıllını təmsil edən Cülyan kənd sakinləri Pərviz və Jalə Qədirovlar layiq görülüb
Qələbə daha şirin olub
“Qoz” mürəbbəsi nominasiyası üzrə şəhər və rayonlar üzrə II yerə layiq görülən Şəhla Şalbuzova isə rayonumuzun Qalacıq kəndindəndir.
Qaliblər qızıl və gümüş medallarla eləcə də diplomla mükafatlandırılıblar.
Bu gözəl uğur, festivalda nümayiş etdirilən mürəbbələrdən daha şirin olan qələbə münasibəti ilə qaliblərimizi ürəkdən təbrik edirik. Əlləriniz var olsun, istedad və bacarığınız daim zirvədə olsun!
“İsmayıllı xəbərləri”

Şərh Yaz