ASAN imza sertifikatının qüvvədə qalma müddəti 3 il olduğundan və 2013-cü ilin avqust və növbəti aylarında alınmış sertifikatların etibarlılıq müddəti 2016-cı ilin avqust və növbəti aylarında bitəcəyindən, ASAN imza sertifikatının yenisini almaq üçün qüvvədə olan ASAN imzanız vasitəsi ilə www.gov.az/portal/loqin portalına daxil olub müvafiq ərizəni, müqaviləni, etibarnaməni imzaladıqdan sonra ASAN imza sim kartını dəyişərək vergi ödəyicilərinə xidmət mərkəzlərinə və ASAN xidmət mərkəzlərinə yaxınlaşa bilərsiniz.
Elan
ASAN imza ilə əlaqədar əlavə sualınız yaranarsa, Vergilər Nazirliyinin 195-1 Г‡ağrı mərkəzinə rəsmi internet saytının “Sual-cavab” bölməsinə (www.taxes.gov.az/www/taxes/faq/sual.html) və www.asxm.gov.az internet ünvanına müraciət edə bilərsiniz.
Vergilər Nazirliyinin ASAN Sertifikat Xidmətləri Mərkəzi

Şərh Yaz