“İsmayıllı-2” Su Elektrik Stansiyası istifadəyə verilib

Avqustun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “İsmayıllı-2” Su Elektrik Stansiyasının açılışında iştirak edib.
Dövlətimizin başçısına məlumat verildi ki, ümumi layihə gücü 1,6 meqavat olan stansiyanın əsas komponentləri suqəbuledici, hər birinin uzunluğu 2115 metr, diametri 800 millimetr olan üç boru, stansiyanın binası, nəzarət, mühafizə, idarəetmə və uçot sistemləri, ümumi layihə gücü 1,6 meqavat olan üç hidroturbin və üç hidrogenerator, 10 və 0,4 kilovoltluq yarımstansiya və elektrik verilişi xətlərindən ibarətdir.
“İsmayıllı-2” Su Elektrik Stansiyası istifadəyə verilib
“İsmayıllı-2” Su Elektrik Stansiyası istifadəyə verilib
“İsmayıllı-2” Su Elektrik Stansiyası istifadəyə verilib
Diqqətə çatdırıldı ki, “İsmayıllı-1” su elektrik stansiyasının aşağı byefindən çıxan təmizlənmiş su “İsmayıllı-2” su elektrik stansiyasına daxil olacaq. Beləliklə, İsmayıllı su elektrik stansiyası ümumi gücü 3,2 meqavat olan su elektrik stansiyaları silsiləsini təşkil edəcək. Rayonun Sumağallı kəndi yaxınlığında inşa edilən derivasiya tipli su elektrik stansiyası ildə 8 milyon kilovat-saat ekoloji cəhətdən təmiz elektrik enerjisi istehsal etmək imkanına malikdir.
Prezident İlham Əliyev su elektrik stansiyasını işə saldı.

Şərh Yaz