Pendir sexi fəaliyyətə başlayıb

2 avqust 2016-cı il tarixdə İsmayıllı rayonunun Talış kəndində əsaslı təmirdən sonra sahibkar Nizami Bağırov tərəfindən “Talış” pendir sexinin açılışı olub. Sexin açılışında İsmayıllı rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Həsən Həsənov iştirak edib.
Pendir sexi fəaliyyətə başlayıb
O, açılışa toplaşan kənd sakinlərini İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun adından salamlayıb və belə bir istehsal sahəsinin təşkilinə görə sahibkar N.Bağırova təşəkkürünü bildirib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz