Yaxşı işləmək üçün şərait vacib amildir

“Azərişıq” ASC istehlakçıların keyfiyyətli, etibarlı və təhlükəsiz elektrik enerjisi təminatı məqsədilə bölgələrdə yenidənqurma və əsaslı təmir-tikinti işlərini davam etdirir.
Qurumun mətbuat xidmətindən aldığımız məlumata görə, Şimal-Qərb RETSİ-nin struktur tərkibinə daxil olan İsmayıllı Elektrik Şəbəkələrində istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchizatı üçün 110-35-10 (6)-0,4 kilovoltluq şəbəkələrin yenidən qurulması, əsaslı və cari təmiri məqsədi ilə xeyli işlər görülüb.
Yaxşı işləmək üçün şərait vacib amildirAzərişıq” ASC istehlakçıların keyfiyyətli, etibarlı və təhlükəsiz elektrik enerjisi təminatı məqsədilə bölgələrdə yenidənqurma və əsaslı təmir-tikinti işlərini davam etdirir.
Qurumun mətbuat xidmətindən aldığımız məlumata görə, Şimal-Qərb RETSİ-nin struktur tərkibinə daxil olan İsmayıllı Elektrik Şəbəkələrində istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchizatı üçün 110-35-10 (6)-0,4 kilovoltluq şəbəkələrin yenidən qurulması, əsaslı və cari təmiri məqsədi ilə xeyli işlər görülüb.
Yaxşı işləmək üçün şərait vacib amildir
İsmayıllı Elektrik Şəbəkəsinin xidməti ərazisində ümumi uzunluğu 47,3 kilometr olan 110 kilovoltluq İsmayıllı h/x tam şəkildə yenidən qurulmuş, 110 kilovoltluq İsmayıllı h/x-nin uzunluğu 4,8 kilometr olan Qubaxəlilli budaqlanmasında ağac dayaqlar dəmir beton dayaqlarla əvəz edilib.
110/10 kilovoltluq Qubxəlilli, 35/10 kilovoltluq İvanovka, 35/10 kilovoltluq Basqal, 35/10 kilovoltluq Girdimançay yarımstansiyanda transformator və avadanlıqlar əsaslı və cari təmir edilib.
35 kilovoltluq Basqal hava xəttində 2,5 kilometr əsaslı təmir işləri aparılmış 8 ədəd dayaq yenisi ilə əvəz edilib. 10 kilovoltluq EVX-də 52,3 kilometr məsafədə əsaslı və cari təmir işləri aparılıb.
Təmir işləri zamanı 354 ədəd 10 kilovoltluq dayaq quraşdırılıb və 10,2 kilometr məsafədə naqillər dəyişdirilib.
O cümlədən 10 kilovoltluq Qafqaz hava xəttində 73 ədəd, Yeniyol hava xəttində 42 ədəd, H.Aslanov hava xəttində 75 ədəd, Ə.Bayramov hava xəttində 121 ədəd, A.Ələsgər hava xəttində 15 ədəd, Talış hava xəttindədə 35 ədəd, Talıstan hava xəttində 12 ədəd, Qəsəbə hava xəttində 3 ədəd, Xəstəxana hava xəttində 8 ədəd, Mican hava xəttində 6 ədəd, Quşçuluq hava xəttində 21 ədəd, Kalva hava xəttində 6 ədəd, Basqal-1 hava xəttində 8 ədəd, Quşencə hava xəttində 23 ədəd, Xanlar hava xəttində 17 ədəd, Şərabzavod hava xəttində 10 ədəd dayaq dəyişdirilib. 0.4 kilovoltluq EVX-də 41,9 kilometr məsafədə əsaslı və cari təmir işləri aparılıb. 195 ədəd 0,4 kilovoltluq dayaq quraşdırılıb. 10/0,4 kilovoltluq transformator yarımstansiyasından 13 ədədi əsaslı, 163 ədədi cari təmir edilib.
Kəndlərdə 1,8 kilometr çılpaq naqil SİP kabellə əvəz edilib. Ümumilikdə rayon ərazisində 31 ədəd yeni KTM quraşdırılıb.
20 ədəd KTM quraşdırılması da nəzərdə tutulub. (Basqal qəsəbəsində bir ədəd 630 kilovoltluq 2 ədəd 400 kilovoltluq, bir ədəd 250 kilovoltluq KTM quraşdırılıb. Bir ədəd 400 kilovoltluq KTM quraşdırılıması nəzərdə tutulub).
Xanagah, Qurbanəfəndi, İsmayıllı, Tircan kəndində və Basqal qəsəbəsində 30,1 kilometr SİP xətt çəkilib və 1163 ədəd yeni dəmir dayaq quraşdırılıb. Şəbəkənin yenidən qurulması istiqamətində işlər davam etdirilir.
Bu yaxınlarda İsmayıllı rayonunda “Azərişıq”ASC-nin daxili vəsaiti hesabına yeni inşa edilmiş ofis binası istifadəyə verilib.
İki mərtəbədən ibarət ofis binasında səmərəli fəaliyyət üçün hər cür şərait yaradılıb. Energetika sahəsinin avadanlıqları ilə bərabər kompüter texnikası və internetlə təmin edilib. Ayrı-ayrı fəaliyyət sahələrini nəzərə alaraq burada abonentlərin ərizə və şikayətlərinin qəbulu, satış, qəza xidməti, maliyyə-mühasibatlıq məsələləri üçün xüsusi otaqlar yaradılıb. Elektrik Şəbəkəsinin nəqliyyat təsərrüfatı da yenidən qurulub. İnzibati binanın ətrafında abadlıq işləri aparılıb. Yaşıllıq zolağı salınaraq dekorativ ağaclar əkilib.
Yeni inşa edilmiş ofis binasının istifadəyə verilməsi münasibətilə keçirilən mərasimdə iştirak edən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov və “Azərişıq” ASC sədrinin müavini Vüqar Əhmədov son illər ölkənin hər yerində elektrik enerjisi təchizatı sisteminin yenidən qurulduğunu, rayon, şəhər, qəsəbə və kəndlərin dayanıqlı və keyfiyyətli elektrik enerjisi təchizatı istiqamətində məqsədyönlü işlər aparıldığını qeyd ediblər. Bildirilib ki, yaşayış məntəqələrinin, yeni açılan iş yerlərinin səmərəli və təhlükəsiz elektrik enerjisi ilə təmin olunması, şəbəkələrdə həyata keçirilən tədbirlər bundan sonra da davam etdiriləcək.
S.Soltanov

Şərh Yaz