Dəyişikliklər vacibdir, aktualdır və günün tələbidir

Avqust ayının 2-də İsmayıllı Rayon Tarix-Diyarşünaslıq Muzeyində ölkə prezidenti İlham Əliyevin18 iyul 2016-cı il tarixdə imzaladığı sərəncamla “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi ilə bağlı fəallar yığıncağı keçirilib.
Dəyişikliklər vacibdir, aktualdır və günün tələbidir
Yığıncağa sədrlik edən “İsmayıllı xəbərləri”qəzetinin baş redaktoru Şahməmməd Soltanov bildirib ki,
bu gün Azərbaycan iqtisadiyyatındakı inkişafla beynəlxalq aləmdə nüfuzu gündən-günə artan gənc bir ölkədir. İnkişaf tempi və dünyanın qüdrətli ölkələri ilə yanaşı addımlama, təhlükəsizlik sisteminin yaxşılaşdırılması, dövlət strukturlarında islahatların həyata keçirilməsi Konstitusiyaya müvafiq dəyişikliklərin olunmasını həyat zərurətinə çevirib.
Yığıncağın sədri daha sonra referendum üzrə rayon ictimaiyyətini təmsil edən ilkin təşəbbüs qrupunun üzvlərinə bu məsuliyyətli işin icrası ilə əlaqəli məlumatları çatdırmaqla bildirib ki, yaradılan “İsmayıllı fəalları” adlı təşviqat qrupu işin məsuliyyətini yaxından dərk edərək, üzərinə düşən vəzifəni uğurla yerinə yetirəcəkdir. Qrupun yaradılmasında məqsəd Konstitusiyaya ediləcək əlavə və dəyişikliklərin mahiyyəti barədə maarifləndirici fikirləri seçicilərə çatdırmaqdır.
Tədbirdə Rayon Təhsil Şöbəsinin müdir müavini Rahim Baxışov, Əməkdar müəllim Ramiz Baloğlanov, Veteranlar Şurasının sədri Əlaləm Babayev, gənclərin nümayəndəsi Sevinc Novruzova çıxış edib, Konstitusiyaya təklif olunan dəyişikliklərlə Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artacağını vurğulayıblar. Bildiriblər ki, dəyişikliklər vacibdir, aktualdır və günün tələbidir.
Yaradılan “İsmayıllı fəalları” təşəbbüs qrupu prezident İlham Əliyevin rəhbərliyi ilə daxili və xarici siyasətin uğurla aparıldığını qeyd edib. İclas Əlaləm Babayevi, Şahməmməd Soltanovu, Radə Ağayevanı, Aişə Yusiflini və Rəşid Məmmədovu Bakı şəhərində keçiriləcək tədbirə nümayəndə seçib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz