İsmayıllıda referendumla əlaqədar imzatoplama kompaniyası uğurla başa çatmışdır

26 sentyabr 2016-cı il tarixdə Azərbaycan Respublikası Konstitusiyasında dəyişiklik edilməsi məqsədilə keçiriləcək ümumxalq səsverməsi (referendum) ilə əlaqədar “Yeni Azərbaycan” təşəbbüs qrupunun İsmayıllı rayon şöbəsi imzatoplama kompaniyasını uğurla həyata keçirilir.
İsmayıllıda referendumla əlaqədar imzatoplama kompaniyası uğurla başa çatmışdır
YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova bildirir ki, Seçki Məcəlləsinin tələblərinə tam riayət olunaraq seçkilərin tam ədalətli, şəffaf şəkildə keçirilməsi istiqamətində əməli işlər görülməkdədir. İmzatoplamada iştirak edəcək partiya fəalları müəyyənləşdirilib, onlarla treninqlər keçirilir, imzatoplama qaydaları haqqında ətaflı məlumat, tövsiyyə və təlimatlar verilir.
Ölkənin ictimai-siyasi həyatında önəmli təşkilat olan Yeni Azərbaycan Partiyası keçirilən bütün seçkilərdə öz siyasi gücünü nümayiş etdirmiş, seçki proseduralarına əməl etmişdir.
Yeni Azərbaycan Partiyasının avanqard dəstələrindən olan İsmayıllı rayon təşkilatı Seçki Məcəlləsinin bütün tələblərini əldə rəhbər tutaraq qarşıdan gələn referenduma ciddi hazırlaşır. Belə ki, Seçki Qərargahının rayon şöbəsində imzatoplama kompaniyası üçün ayrılmış 12 nəfər fəaldan ibarət qrup formalaşdırılmışdır. Seçki qanunvericiliyinə əsasən YAP tərəfindən 86 saylı İsmayıllı və 87 saylı Ağsu –“ İsmayıllı DSK-ları üzrə imza vərəqələri müvafiq seçki proseduralarına əməl olunması üçün imza toplayan şəxslərə paylanılmışdır. Vətəndaşlar imza toplamada fəal iştirak edilər. İmza vərəqələri doldurularkən Seçki Məcəlləsinin tələblərinə tam əməl olunub.
İnamla demək olar ki, bu ilin sentyabr ayının 26-da keçiriləcək Referendum əvvəlki illərdə keçirilən seçkilərdə olduğu kimi ədalətli, şəffaf və seçki qanunvericiliyinin tələblərinə uyğun keçiriləcəkdir.
Ramid Qasımov,
YAP İsmayıllı rayon təşkilatının mətbuat rəhbəri

Şərh Yaz