Yeni tərkibin ilk iclası

Avqust ayının 5-də 86 saylı İsmayıllı Dairə Seçki Komissiyasının (DSK) yeni tərkibdə ilk iclası keçirilib.
İclasda İsmayıllı Rayon İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Vüqar Muradəliyev iştirak edib.
Yeni tərkibin ilk iclası
DSK katibliyinin baş məsləhətçisi Eldar Əliyev bir gün əvvəl Mərkəzi Seçki Komissiyası tərəfindən DSK-nin yeni tərkibinin təsdiq olunması barədə məlumat verib. O xatırladıb ki, Seçki Məcəlləsinin tələblərinə görə DSK-nın sədri və katibləri seçilməlidir. İclasa sədrliyi isə ən yaşlı komissiya üzvü etməlidir.
Beləliklə, iclasa sədrlik edən komissiya üzvü Məmmədxan Muradəliyev iclası açıq elan edib.
Daha sonra səsvermə yolu ilə DSK-nın sədri və katiblərinin seçkisi keçirilib. Əlirəmzi Məhərrəmov yekdilliklə 86 saylı İsmayıllı Dairə Seçki Komissiyasının sədri seçilib. Məhruzə Hüseynova Milli Məclisdə heç bir partiya mənsubiyyəti olmayan deputatları, Yaqub Hacıyev isə Parlamentdə azlıq təşkil edən partiyaların təmsilçisi kimi DSK-nın katibləri seçiliblər.
Azim Mirzəliyev,
DSK katibliyinin aparıcı məsləhətçisi

Şərh Yaz