Kartof yığımına start verilib

İsmayıllıda havaların bostançılıq üçün kifayət qədər normal keçməsindən yararlanan fermerlər artıq kartof yığmına start veriblər. Rayonda 1000 hektardan çox sahədə kartof əkilib. Əkin zamanı ənənəvi sortlarla bərabər Almaniyadan gətirilmiş yüksək məhsuldarlığı olan, soyuğa davamlı kartof toxumlarından istifadə olunub. Kartof altəna ayrılan 200 hektara yaxın hissədə əkin sənaye üsulu ilə aparılıb. Əvvəlki illərə nisbətən bu il İsmayıllıda məhsuldarlığ daha yüksək olub.
Münbit hava şəraitindən sonra buna səbəb kartof sahələrində yüksək aqrotexniki qaydalardan istifadə edilməsi, kübrələrin vaxtında tətbiqi, becərmə üsullarının səmərəli tətbiqi, eləcə də zərərvericilərə qarşı vaxtında tədbirlərin görülməsi olub. Sənaye üsulu ilə əkilən sahələrdə hər hektardan 30-40 ton məhsul yığılıb. İlk 3 gündə 5000 tondan çox kartof tədarük olunub.
Leyla Adıgğzəlova

Şərh Yaz