Düşərgə həyatı –“ unudulmaz xatirələr

İsmayıllı rayonunda “İrəli” ictimai birliyinin təşəbbüsü, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə start götürmüş “Multikultural Azərbaycan” layihəsi başa çatıb.
İsmayıllı rayonunun dilbər guşələrindən olan Xanagah kəndində qurulan düşərgədə Dövlət himni səsləndirildikdən sonra layihə açıq elan olunub. Açılışda İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH aparatının əməkdaşları iştirak ediblər.
Düşərgə həyatı –“ unudulmaz xatirələr
Açılış mərasimində çıxış edən RİH başçısı M.Sadıqov bildirib ki, Prezident İlham Əliyev tərəfindən yaradılan şərait nəticəsində ölkəmizdə millətlərarası münasibətlər yüksək səviyyədə qurulub, dinlərarası ünsiyyət təmin edilib, Azərbaycanın tolerant ölkə kimi bütün dünyaya nümunəyə çevrildiyindən bəhs edilib. “Multikultural Azərbaycan” layihəsinin əsas məqsədi Azərbaycanda multikultural dəyərlərin aşılanması, vətəndaş cəmiyyətinin düzgün istiqamətə yönləndirilməsi, gənclərdə humanizm, tolerantlıq prinsiplərinin formalaşdırılması ilə demokratik mühiti inkişaf etdirməkdi.
“Multikultural Azərbaycan” layihəsində Azərbaycanın müxtəlif regionlarında yaşayan və müxtəlif millətlərin nümayəndələrini təmsil edən 120 gənc iştirak edib. İştirakçılar müxtəlif idman və intellekt yarışlarında komandalar halında özlərini sınayıblar. “Səlcuqlar”, “Manna”, “Atropatena”, “Albaniya”, “Atabəylər”, “Səfəvilər”, “Şirvanşahlar”, “Qaraqoyunlu” komandaları düşərgə gününün sonuna kimi mükafat qazanmaq uğrunda mübarizə aparıblar. “Multikultural Azərbaycan” layihəsi SAY hərəkatı nəzdində fəaliyyət göstərən üçüncü layihədir. “SAY: Multikuturalizm” layihəsində də gənclər açıq havada qurulan yaşayış çadırlarında qalaraq müxtəlif ekstrim idman növləri üzrə yarışlara qatılıblar.
Beş gün davam edən düşərgə həyatı gənclərin xatirəsində unudulmaz izlər buraxıb. Onların hər biri təşkilatçılara minnətdarlıq edib.
Leyla Adıgözəlova

Şərh Yaz