Görülənlər iş deyilmi və yaxud, inanan daşa dönsün

Siyasət zəif bildiyim, daha doğrusu, vaxt sərf etmədiyim bir sahədir. Г‡örəyim müəllimlikdən çıxır. Ana dilimizi, ədəbiyyatımızı tədris edirəm. Г‡alışmamın yarım əsrə bərabər olmasına lap az qalıb.
Bu müddət ərzində müsahibəyə də, mübahisəyə də rast gəlmişəm. 40 ildən çoxdur ki, müxtəlif adlı, səviyyəli mətbuat orqanlarında çıxışlarım, dərc olunan yazılarım olub. Pisi tənqid, yaxşını təqdir etmişəm. Bir oxucu kimi, düzü-düz, əyrini-əyri yazanlara hörmət və məhəbbətim olub.
Görülənlər iş deyilmi və yaxud, inanan daşa dönsün
Görülənlər iş deyilmi və yaxud, inanan daşa dönsün
Görülənlər iş deyilmi və yaxud, inanan daşa dönsün
Təəssüflər olsun ki, müasirlikdir – deyib ağa qara deyənlər bu gün haqqı ləkələməyə can atır, yalanı həqiqət kimi təqdim edirlər. Əlbəttə, bu da mayası haqdan yoğrulanı, haqqı sevən insanlar sırasından məni də narahat edir.
Adlarının çəkilməsini onların reklamı kimi qəbul olunacağından yan keçib, ümumiyyətlə, bildirirəm ki, bu gün bəzi üzdəniraq mediya mənsubları, xüsusilə də internet saytları açdıqları bazarda yaxşını pisləmək, su bulandırnaq, rəngi rəngə qatmaqla məşğuldurlar. Belələri yaydığı məlumatın silinməsi üçün telefon zəngi gözləyən, əgər gözlənilən zəng gələrsə, yerləşdirdiyi tənqidi yazını silib, dərhal yerinə təriflərlə dolu başqa bir yazını yerləşdirən çoxüzlülərdir.
Ölkəmiz çox gəncdir. Qarabağla bağlı dərdlərimizə, yaralarımıza baxmayaraq, bölgələrimiz, o cümlədən İsmayıllımız gündən-günə inkişaf edir, böyüyür. Bir-birinin ardınca istifadıyə verilən yeni iş yerləri xoş güzəranımızın təminatçısına çevrilir. Bir vətəndaş kimi bundan hər birimiz qürur duymalı, qurub-yaradanlar sırasına qatılmalıyıq. Azərbaycan vətəndaşı kimi, Vətənin tərəqqisini düşünməli, bu yoldakı maneələri təmizləməyə çalışmalıyıq.
Şərəf, vicdan ucuz tutulmamalıdır. Bu kimi hal ağa qara yaxılanda, təmizlərə iftira söyləndikdə, haqqa qarşı ədalətsizlik edildikdə baş verir. Bu yolu seçənlər, özlərinin kimliyini, məqsədlərini çox yaxşı bilirlər.
Məsləhət görərdim, onu da bilsinlər ki, Tanrının şahidə ehtiyacı yoxdur. Onun məhkəməsində filankəs filankəsin adamıdır məsələsi keçməyəcək. Bir tikə çörəyi halallıqla qazanın. Ailənizi, balalarınızı halal qazancınızla təmin edin ki, Tanrının qarşısında üzünüz ağ, xalqın, tanıyanların yanında başınız uca olsun.
Söz yox ki, yazmaq istədikdə hər kəs yazacağı mövzu ətrafında müəyyən götür-qoylar edir. Nəyi, necə yazacağı barədə qərar çıxarır. Yaxşı olardı ki, şərə, böhtana meyilli yazarlar öncədən fikirləşsinlər,
bilsinlər ki, uydurduqları yalanlar ayaq açıb harasa gedə bilməyəcək. Oxucularından əvvəl özlərini uydurduqları yalanlara inandırmasınlar. Birdən yazdıqlarını oxuyan, Haqq yanında sözü keçən birisi olar və “İnanan daşa dönsün!” – deyər.
H. Məmmədov,
əmək veteranı

Şərh Yaz