Vətənə, halallığa, sözə bağlı ömür

Məhərrəmov Murad Allahverən oğlu 1953-cü il avqustun 10-da İsmayıllı rayonunun Müdri kəndində müəllim ailəsində anadan olub. 1970-ci ildə Təzəkənd kənd orta məktəbini, 1974-cü ildə isə Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirib. Buynuz kənd, İsmayıllı şəhər 1 saylı tam orta məktəblərində müəllim, İsmayıllı Rayon Təhsil Şöbəsində metodist və məktəb inspektoru vəzifələrində işləyib, 2003-cü ildən İsmayıllı Rayon İcra Hakimiyyətində məsul vəzifəyə irəli çəkilib. Hal-hazırda RİH-də İctimai-siyasi və humanitar məsələlər şöbəsində çalışır. Ailəlidir, iki övladı var.
Vətənə, halallığa, sözə bağlı ömür
Gənc yaşlarından rayon və respublika mətbuatında şeirləri, ictimai-publisistik yazıları ilə çıxış edir. “Türk şairləri antalogiyası”, bir sıra digər toplu və almanxanalarda şeirləri çap olunub. “Mənim payız kədərim” şeirlər kitabının müəllifidir.
Avqust ayının 10-nu Murad müəllimin doğum günüdür. Bu münasibətlə qələm dostumuzu təbrik edir, ona can sağlığı, yaradıcılıq uğurları arzulayırıq!
“İsmayıllı xəbərləri” qəzetinin redaksiya heyəti, “Dağ çiçəkləri” ədəbi məclisi və “İsmayıllı Yazarları” ictimai birliyinin üzvləri

Dönüb geriyə baxanda…

Aylar, illər, yaşadığımız hər gün ömrümüzdən bir an kimi gəlib keçir. Öz acısı, şirini, sevinci və kədəri ilə. Dönüb geriyə baxanda uzun bir həyat yolu keçdiyini, bir insan ömrünün sonuna yaxınlaşdığını hiss edir, duyursan. Bu ani duyumda bəxtəvərliklərlə yanaşı həlim bir kədər də qəlbinə köklənir. Düşünürsən ki, nəyi etmişəm, nələrisə edə bilməmişəm. Həmin anda böyük şairimiz Musa Yaqubun “Eləmədiklərim yandırır məni” misraları yada düşür. Fikirləşirsən, kaş eləyə bilmədiklərimi də həyata keçirə biləydin. Yaxşılıq, xeyirxahlıq, insani əməllərlə kiminsə əlindən tuta biləydin, onu yıxılmağa qoymayaydın. Etdiyin hər hansısa bir hərəkətin, dediyim hansısa sözün peşimançılığı sənin olmayaydı. Təəssüf ki, bu mümkün deyil.
Və dönüb geriyə baxanda xeyirxah əməllərin çoxdursa sevinirsən. Pisliyə ədalətlə cavab vermisənsə peşiman deyilsən.
Qaldı yaradıcılıq məsələsi. Bu, daxili bir tələbatdır, Allah vergisidir. Mən çox demişəm, bir daha təkrarlayıram. Şair sözünün məna tutumu çox böyükdür. Bu məqama yetmək isə hər adamın işi deyil. Yazmaq olar, amma şair olmaq çətindir.
Müqtədir, istedadlı, güclü qələm sahibi olan şair və yazıçılarımız çoxdur. Bunları siz də çox gözəl tanıyırsınız. Bu böyük sənətkarlar qarşısında hamımız baş əyirik.
Qeyd etmək istəyirəm ki, rayonumuzda həmişə ədəbi mühit mövcud olub. “Dağ çiçəkləri” ədəbi məclisi və “İsmayıllı Yazarları” ədəbi ictimai birliyin üzvlərinin bir çoxu indi tanınmış şair, yazıçı, istedadlı qələm sahibidir. Son vaxtlar rayon rəhbərliyi tərəfindən bu birliyin təmsilçiləri ilə tez-tez görüşlər keçirilir. Ən yaxşı yazarlar mükafatlandırılır. Əlbəttə, söhbət təkcə mükafatdan getmir. Sözə, yardıcı insana verilən dəyərdən, göstərilən diqqət və qayğıdan məmnunluq yaranır. Yaradıcı insan hiss edir ki, onu başa düşənlər var, qəlbinin səsinə səs verənlər var. Bax, bu anda xoşbəxtlik yaranır, belə məqamda “uçulmaza uçmaq olur”, “bir dünyəvi məhəbbətlə bülbül dili açmaq olur”.
Dağına, düzünə, çayına, çölünə, meşəsinə vurulduğumuz bu Vətəndən əziz, doğma görəsən nə var ki, bizim üçün?! Məncə, heç nə. Odur ki, vətəndən güc alıb vətəndaş oluruq. Г‡iynimizdə Qarabağ dərdi qədər böyük yük var. O yükü vətəndaş qeyrətimiz, namus və şərəfimizlə, birliyimiz, vətənə və torpağa olan sevgimizlə çiyinlərimizdən atacağıq. Ali Baş Komandanımız, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında.
Sonra da dönüb geriyə baxacağıq. Şərəfli bir tarixin izlərini, ləpirlərini görəcəyik arxamızda. Aydın, parlaq vətən səması boylanacaq başımız üstündən! İndi də yazırıq, onda da yazacağıq. Müxtəlif adlarla, imzalarla. Bitən ömürlərin davamı olacaq yaradıcı gəncliyimiz, əbədi Azərbaycanın vəsfi keşiyində duranlar mütləq tapılacaq.
Əziz oxucu, sabahkı gündə, irəlidə nə olacaq bilmirəm. Amma geriyə boylanıb, əl uzadıb götürdüyüm bir neçə yazını sizə təqdim edirəm. Ömür vəfa etsə yenə görüşəcəyik!
Murad Məhərrəmov
Xoş gəlmisən, Prezidentim!

Cənab Prezidentin İsmayıllıya səfəri ilə əlaqədar

Qədəmlərin mübarəkdir,
Xoş gəlmisən, Prezidentim!
Gözün aydın, İsmayıllım,
Addımların dönməz, mətin!

Cavanşirlər diyarından,
Gəlişinə salam olsun!
Baba dağdan, Girdimandan,
Yerişinə salam olsun!

Nə bəxtəvər gündür bu gün,
Dağlar gülür bəyaz-bəyaz.
Rəhbərimiz, sənə sevgi,
Nə tükənməz, nə qurtarmaz.

Azərbaycan məkanında,
Mirvaridir İsmayıllı.
Dağlarımız gəlişinə,
Sevincindən tutub yallı.

Bu sıçrayış, bu tərəqqi,
Xalqa inam yoldur bu!
Dünənimiz, sabahımız,
Heydər, İlham yoludur bu!

Bu məkandan durub baxdın,
Aranına, yaylağına.
“Xəzan düşməz” – dedin heç vaxt,
Azərbaycan torpağına!

Abadlaşır kənd, şəhərlər,
Biz qururuq, yaradırıq.
Azərbaycan dövlətini,
Gələcəyə aparırıq.

Bu gülüstan yurda gəldin,
Ömür qoşdun, ömrümüzə.
Sadəliyi, böyüklüyü,
Sən öyrətdin bir də bizə.

Xoş gəlmisən, böyük insan!
Qəlbin cavan, üzündə nur.
İsmayıllım, rəhbər gəlir,
Ayağa dur, ayağa dur!

Vətən

Dilimdə nəğməsən, gözümdə çiçək
Müqəddəs torpağım, daşımsan, Vətən!
Babəkin keçdiyi yollar and yerim,
Kəsilən qollarım, başımsan, Vətən!

Şöhrətin, adın var sənin ki, hər vaxt,
Düşüb bəxtimizə, qızıldan bu taxt.
Kor edib çoxunu bu qismət, bu baxt,
Min illik tarixim, yaşımsan, Vətən!

Eşqim, amalımsan, sənsən adım da,
Ruzi-bərəkətim, suyum, odum da.
Gözümün nurusan, ağız dadım da,
Halal çörəyimsən, aşımsan, Vətən!

Böyük bir tarixsən, qüdrətli məkan,
Qılıncdan keçibdir bura göz tikən.
Bitib yan-yörəndə, indi kol, tikan,
Gözümün üstündə qaşımsan,Vətən!

Qəlbimdə eşqimsən, ruhumdasa can,
Namusum, qeyrətim, ey Azərbaycan !
Sənə gərək olsam nə vaxtsa, haçan,
Son döyüş, vuruşum, marşımsan, Vətən!

Yaşıma və dostlara

Rəqəmlər dürüst deyil, deyən düşüb tərsinə,
Görün bu ürəyimin arzusu nə, hissi nə?
İlləri yola salıb yetişəcəm yüzünə,
Borandan, qışdan keçib, payızda qalmamışam,
Mən ki, qocalmamışam!

Ürəyim sevda dolu, məhəbbətim bahardı,
Bu sevdalar gör məni haralara apardı?
Açılan sabahlarım budaq üstə nübardı,
Hələ səksən, doxsanı heç yola salmamışam,
Mən ki, qocalmamışam!

Bir az sizdən yaşlıyam, bir az sizlərdən cavan,
Elə bil məni təzə dünyaya gətirib anam.
Göyümdə durnam uçur, gölümdə üzür sonam,
Hələ çox suallara heç cavab almamışam
Mən ki, qocalmamışam!

Dünyanın bu başından o başa yol salmışam,
Dağlarından keçmişəm, zirvəyə yol almışam.
Demirəm ki, yorulub yarı yolda qalmışam,
Oturub kötük üstə xəyala dalmamışam,
Mən ki, qocalmamışam!

Ulu Tanrım, aman ver, bu dünyaya baxım bir,
Yağışında yuyunum, çaylarına axım bir.
Deyilib: ”fani dünya”, qulağıma taxım bir,
Oynadıb, oynayana hələ əl çalmamışam,
Mən ki, qocalmamışam!

Hələ güc var qolumda, hələ dizimdə taqət,
Ömrümə təsəllidir arzu dolu məhəbbət.
Gəlib bu yaşa çatdım və ilaxır, nəhayət,
Düşünürəm dərindən, eləcə mat qalmışam,
Mən ki, qocalmamışam!

Günahım mənim

Sənə məhəbbətim mənim and yerim,
Dəli olacağam, az qalıb deyən.
Sualım, cavabım donub dilimdə,
Qəlbinin səsini eşitməliyəm.

Bu gülüş, bu baxış öldürür məni,
Az qalır yapışam, tutam əlindən.
Mən ayrı dünyadan köçüb gələn ruh,
Qorxuram qarşında dirilməyimdən.

Bu həyat qəribə, bu zaman ayrı,
Ərköyün məhəbbət çaşdırıb məni.
Г‡içək gözlərinə baxmaq təsəllim,
Allahım göylərdən endirib səni.

Dinsən yanacağam, dinməsəm həmən,
Külümün altında qalacaq közüm.
Sən məni küncə qoy bir ayaq üstə,
Təki yollarına dikilsin gözüm.

Göyümdən, yerimdən üzülüb əlim,
Sənsən son təsəllim, pənahım mənim.
Г‡arəsiz bəndənəm keç günahımdan,
Səni sevməyimdir günahım mənim!

Bu payız mənə oxşayır

Bu payız mənə oxşayır,
Meşələri əlvan, sarı.
Budaq üstə qəm oxuyur,
Ürəyim tək yarpaqları.

Bu payız mənə oxşayır,
Buludunun gözləri nəm.
Г‡əmənləri, talaları,
Г‡ölləridir kösöv sinəm.

Bu payız mənə oxşayır.
Dağlarının çəni ilə.
Zirvəsində qərar tutan,
Bulud-bulud qəmi ilə.

Bu payız mənə oxşayır,
Durnaları qatar-qatar.
Səmaları alıb gözə
Son mənzilə gedib çatar.

Bu payız mənə oxşayır,
Narın-narın yağışıyla.
Durub bahara boylanan,
Г‡inarının baxışıyla.

Bu payız mənə oxşayır,
Əvvəli yaz, sonunda qış.
Toxunubdur xalıları,
Əlvan-əlvan, naxış-naxış.

Bu payızda əksim qalıb,
Bulaqların aynasında.
İstəyirəm köçüb qalam,
Elə payız dünyasında!

Г‡içəkləri

Г‡içəklər sənindir, gəlib dər apar,
Pozulan yazıma yaz, çiçəkləri.
İllərdir durmuşam durduğum yerdə,
Düşüb əllərimdən yaz çiçəkləri.

Haqlıyam, haqsızam, bilmirəm bunu,
Bitib-tükənməyir eşqimin sonu.
Söndürə bilmədin qəlbim odunu,
Götür yanıqlara düz çiçəkləri.

Bir barış hökmüylə sayılmaq olar,
Vallah, bu görüşdən bayılmaq olar,
Bahar leysanında ayılmaq olar,
Ayılıb əlinlə üz çiçəkləri.

Qor altda közərən közdü ürəyim,
Şeirdi, nəğmədi, sözdü ürəyim.
Necə ayrılığa dözdü ürəyim?!
Basıbdı bağrına toz çiçəkləri.

Sən getdin baharda, mən qaldım qışda,
Boranda, tufanda, qarda, yağışda.
Təkcə xatirəndir qalıb baxışda,
Qaytardı dünyama göz çiçəkləri.

Uzat əlini mənə

Uzat əlini mənə,
Baharlı qönçə kimi.
Yol gedək birgə, qoşa
Qəmdən sevincə kimi.

Qarşıma çıxmısansa,
Demək bu da yazıdır.
Nəğmə oxuyur dəniz,
Xoş sevgi avazıdır.

Sənin etirazların,
Lal sükut, gizli baxış.
İzlərəm addımını,
Gözümlə qarış-qarış.

Yanımdan etinasız,
Ötürsən həyəcanla.
Axı çox yaxındı ki,
Elə bu can, o canla.

Bir az ümid ver mənə,
Qalmayım boş gümanda.
Qarşılayım qoy səni,
Bu sahildə, limanda!

Yaz yağışım

Həsrətimə səpələnən,
Г‡iliklənib qəlpələnən,
Gözlərimdə gilənənən,
Yaz yağışım, xoş gəlmisən!

Г‡aylarıma, göllərimə,
Bərəkətli çöllərimə,
Əlini ver əllərimə,
Yaz yağışım, xoş gəlmisən!

Qoy görüşüm səninlə mən,
Öpüşündən gülsün çəmən.
Unudulmaz xatirəsən,
Yaz yağışım, xoş gəlmisən.

Bu dünyanın sərt üzü var,
Tufanı var, dənizi var.
Sənin kimi təmizi var,
Yaz yağışım, xoş gəlmisən!

Qoy oxşadım belə səni,
Qoşum çaya, selə səni,
Səpim çiçək, gülə səni,
Yaz yağışım, xoş gəlmisən.

Şərh Yaz