İsmayıllı yazarlarının şeir dəftərindən

Qardaş

Əziz şair qardaşım M.Soltanın 60 illiyinə

Vəfalı dostumsan uşaqlığından,
Halal et haqqını – sayını, qardaş.
Ömür yaşamışıq ağlı-qaralı,
Görmüşük min cürə oyunu, qardaş.
Kasıblığın dərdi kürəyimizdə,
Saflığı, nurusa diləyimizdə.
Şeirin, sənətin ürəyimizdə,
Г‡əkmişik yükünü, tayını, qardaş.

Dərd-qəm bizlə əbədidir, qaçılmaz,
Günəşimiz bir də belə saçılmaz.
Üzünə bağlanan qapı açılmaz,
Axtarma sən ondan oyanı, qardaş.

Böyümədin sən sığalla, fərəhlə,
Gah qazmaçı oldun, gah sadə fəhlə.
Ağılla, namusla, şanla, şərəflə
Xərclədin öz ömür payını, qardaş.

Yaxşıları yaxşı kimi seçdin sən,
Brovdaldan könlümüzə köçdün sən.
İsmayıllı torpağında içdin sən
Musa bulağının suyunu, qardaş.

Sənə nə söyləyim bu xoş günündə,
Bir atmış da qoy diz çöksün önündə.
Allah qismət etsin, qalan ömrün də
Görəsən yazını, yayını, qardaş.
Nazir Ziya Talıstanlı

Dolaşıq duyğular

Bu Yer kürəsitək başım fırlanır,
Dolaşıq duyğular içində daim.
Qalxmış qılıncları çürük çöp sanır,
Bir yarpaq düşəndə düşür ürəyim.

Sanki Tanrım indi xəlq edib məni,
Mən ki milyon ildir ömür sürürəm.
Kor kimi görmürəm hamı görəni,
Qeybi ovcum kimi aşkar görürəm.

Güc yox gül dərməyə bax bu əllərdə,
O göylər uçular, çəksəm əlimi.
Məndən ağıllıdır ən cahillər də,
Mənəm aqillərin tək müəllimi.

Yüksəyəm bugünkü həqiqətlərdən,
Həqiqət içində tamam saxtayam.
Ruh kimi yaxınam dirilərə mən,
Ən uzaq ulduzdan mən uzaqdayam.

Zaman fərmanıma bir qul kimi –“ ram,
Zamana köləyəm, mən ki heç nəyəm.
Kainat dolusu sirrəm, mövhumam,
Günəştək həmişə göz önündəyəm.

Ən ali mələklər qəlbimə mehman,
Bəlkə, iblislərdir mənim sirdaşım.
Dolaşıq duyğular içində hər an
Bu Yer kürəsitək fırlanır başım.
Oqtay İsmayıllı

Təmsillər

Lovğa ağcaqanad
Parabizən havada
Dedi ağcaqanada:
–“ Sakit ol, az vızılda
Düşəcəksən qarmağa.
Heç halını pozmadı
Naz ilə vızıldadı:
–“ Bir yatmış axtarıram,
Qanını sovurmağa.

Hikkəli təpə

Bozardı təpə dağa:
–“ Qalmışam dərddə, sərdə.
Г‡əkilsənə qırağa
Mən də durum o yerdə.

Torbanın aqibəti

Torba çuvala torba tikirdi,
Ölçüb biçirdi, gah da sökürdü.
Birdən qəflətən torba sürüşdü,
Özü tikdiyi torbaya düşdü.
Xalıq Yusifoğlu

Qurtar əzablardan

Səninçin yazıram bu nəğmələri,
Qınayan qınasın, deyil vecimə.
Mən yollar yolçusu, sevda dəlisi,
Qoşuram eşqimi durna köçünə.

O gülər üzünə heyranam, neylim?
Baxışın könlümə salıbdır atəş.
Keçdiyin yolların keşikçisiyəm,
Boylanır üzümə, boylanır Günəş.

Г‡arəmsən, əlacım, nə söyləyim, nə?
Tükənməz ümidim qəlbinə dolsun.
Yanında olanda dünya mənimdir,
Dünya mənim qalsın, qoy mənim olsun.

Dağıtma qurduğun bu xanimanı,
Bir sevgi nağılı söylə sən mənə.
Yaşıdam eşqinlə, körpəyəm hələ,
Həzin layla oxu, oxu körpənə.

Dönsəm də geriyə dönmür ürəyim,
Axtarır gözlərim hər zaman səni.
Əzabım içimdə gözümdə həsrət,
Gəl bu əzablardan qurtar sən məni.
Murad Məhərrəmov

Ana

Anam yuxuma girmişdi

Bu gecə yuxuda görmüşəm səni,
Saçların hələ də gur idi, ana.
O qara gözlərin yenə şöləli,
Sifətin büsbütün nur idi, ana.

Ay ana, yuxuda görmüşəm səni,
Sən məni qol açıb, qucaqlayırdın.
-Mən sizdən nigaran qalmışam, -deyib,
Göz yaşı tökərək, hey ağlayırdın.

Ay ana, yuxuda görmüşəm səni,
Əllərin saçıma sığal çəkirdi.
O ipək əllərin, çiçək əllərin,
Yenə də mənimçün paltar tikirdi.

Ay ana, yuxuda görmüşəm səni,
Dedin: əzab çəksən, rahat olmaram.
Yuxuda olsa da, getməməyinçün,
Düşüb ayağına, sənə yalvaram.

Yuxuda görürəm, ana, səninlə,
Əl-ələ tutaraq daşlar aşıram.
Yuxudan oyanıb ana misallı
Günəş şəfəqilə qucaqlaşıram.
Aşıq Elman İsmayıllı

Eylər

Duyğusuza gözəl libas geyindir,
Söyləyəcək: – Bu çox ucuz geyimdir.
Tərif etsən, deyəcək: – Boş deyimdir,
Г‡əkilən əməyi zay eylər-eylər.

Adam var ki, can evindən talanıb,
Kökü üstə od, ocaqlar qalanıb.
Ruh adamı tərki-dünya yaranıb,
Pay umsan, ürəyin pay eylər-eylər.

Bir varlıq tanıdım əzəldən bəri,
Odur dünyaların gövhəri, zəri.
Sahibi-qüdrətdir, yoxdur bənzəri,
Qışın ortasında yay eylər-eylər.
Elnarə Günəş

Axtaracaqsan

Səsim getməyəcək qulaqlarından,
Adım düşməyəcək dodaqlarından.
Leysanlar axacaq yanaqlarından,
Bax onda sən məni axtaracaqsan!

Adımı hər yerdə axtaracaqsan,
Min nalə, min şivən qoparacaqsan.
Mənsiz sən heç nəsən, cansız varaqsan,
Bax onda sən məni axtaracaqsan!

Könlünü atəşlər yaxacaq sənin,
Qəlbində şimşəklər çaxacaq sənin.
Gözlərin yoluma baxacaq sənin,
Bax onda sən məni axtaracaqsan!

Deyirdin əzizəm guya səninçin,
Bir zaman mən idim sənin sevincin.
Düşdü əllərindən almazın, incin,
Hər yerdə Solmazı axtaracaqsan.
Solmaz Şirvanlı

Hardan biləsən

Mən necə yaşadım, hardan biləsən,
Həyatım qırılmış budaq kimidir.
Elə bükülmüşəm tale hökmünə,
Açılıb, bükülməz qundaq kimidir.

Bir körpə nəfəsi arzularımda,
Bir gənclik həvəsi yoxdan varımda.
İndi ömür yarı, dar yollarımda,
Mən necə yaşadım, hardan biləsən.

Saçımın qarası ağında qalıb,
Ömür gülşənimdi bağımda qalıb,
Gəncliyim ömrün xoş çağında qalıb,
Mən necə yaşadım, hardan biləsən.

Açılıb səhərin ümid qapısı,
Könlüm o səhərdə yaman pərişan,
İndi öz ömrümdən uzaq olmuşam,
Mən necə yaşadım, hardan biləsən.

Yaşa ömrün boyu səadət sənin,
Açsın qoy üzünə ömür gülşənin,
Kimsə bilə bilməz Mehrinin qəmin,
Mən necə yaşadım, hardan biləsən.
Mehriban

Dünəndən bəri

Ürəyim dil açıb çoxdan danışır,
Nəğməkar bülbülə dönəndən bəri.
Həsrətim od olub yandırır məni
Bağrımın başında dinəndən bəri.

Sevilmək istədim mən ürəyimcə,
Sevməyi bacaran bu ruhu incə.
Nisgilin əlindən hey gündüz-gecə
Göynədim, ümidim sönəndən bəri.

Günahkar olmuşam istəyimlə mən,
Dərdlərim telimdə ağarır dən-dən.
Məni dəli edən, məni dərd edən,
Öz iman atından enəndən bəri.

Bir pətək bal ilə bir qram zəhər,
Məni hara atır qəzavü-qədər?
İçimi doğradı min acı qəhər,
Könlüm həmdəmindən sınandan bəri.

Ruhum oyalanır, oxuyur dil-dil,
Bilirəm bu ağrı ötüşən deyil.
Gözlərimdə həsrət, içimdə nisgil,
Sabaha gedirəm dünəndən bəri
Xatın

Dünyanın

Zamanın xəlbirindən, ələyindən keçirib,
Yemişəm buğdasından, darısından dünyanın.
Xəstəyə dərman üçün tək bal hasil olunmur,
Zəhəri də alırlar arısından dünyanın.

Dərdi baş alıb gedir, çox olur qeyli-qalı,
Üzü-gözü gülməyir, pərişan olur halı.
Salıb üzünə qırış, ağardır saç-saqqalı,
Seçilməyir çox cavan qarısından dünyanın.

Hazırlayıbdı oyun, işlədibdi cəfəngi,
İmkan verməyibdi ki, al bəzəyəm çələngi.
Qaçsam da bu boyadan, sevməsəm də bu rəngi,
Nə qədər don geymişəm sarısından dünyanın.
Tamam Nur Tağlabiyanlı

Öyrətdin özünə…

Arzu müəllimə

Qismətsə, rast gəllik bir-birimizə,
Öyrətdin özünə, öyrətdin məni.
İlk gündən qəlbimiz düşdü bu közə,
Öyrətdin özünə, öyrətdin məni.

Doğma anam bildim, olsan da bir yad,
Gəl indi arada ögeylik yarat.
“Öyrətmə özünə…“ – demişdi ustad,
Öyrətdin özünə, öyrətdin məni.

Olsa da gözümdə yaş gilə-gilə,
Baş əyərəm ətrin üçün hər gülə.
Bilmədim bilmədən, ya bilə-bilə,
Öyrətdin özünə, öyrətdin məni.

Bu doğma məkana kaş gəlməyəydim,
Üç il sevinib mən heç gülməyəydim.
Gələn ayrılığı heç bilməyəydim,
Öyrətdin özünə, öyrətdin məni.

Gedən ayağımdır, qəlbimsə burda,
Könlümdə yaşarsan olsam da harda.
Dönərəm səninçin yenə bu yurda,
Öyrətdin özünə, öyrətdin məni.
Aidə Gədəbəyli

Yaman darıxmışam…

Tuta bilmədiyim əllərin üçün,
Gülüşün, baxışın, dillərin üçün.
Günlərin, ayların, illərin üçün,
Yaman darıxmışam, yaman, bu axşam.

Qaçır yuxularım, yata bilmirəm,
Uçur ilham pərim, tuta bilmirəm.
Səni ürəyimdən ata bilmirəm,
Yaman darıxmışam, yaman, bu axşam.

Uçurma könlümdə tutduğun yeri,
Al bu ürəyimdən qəmi, kədəri.
Eşqinə təsliməm nə vaxtdan bəri,
Yaman darıxmışam, yaman, bu axşam.
Г‡inarə

Qəzəl

Dünya evinə bəsləmə inam, əfəndim,
Bir gün uçular ev, sökülər dam, əfəndim.

Г‡ox gülmə, gözündən süzülər sevdiyin hər şey,
Bir dərd olar ki, almamısan kam, əfəndim.

Boş-boş alışıb yanmağa həm cəhd eləmək boş,
Öz qəlbini nurlandır olub şam, əfəndim.

Qoyma ürəyində boy ata şeytani pöhrə,
Varsa, həmən eylə onu edam, əfəndim.

Qəlb Allaha məxsusdur, ümid bağla axirə,
Şəhla kimi vur eşqinə eyham, əfəndim.
Şəhla Ramazanqızı

Dönən deyilsən

Qorxduğum yağacaq yağış deyildi,
İlahi, yandığım baxış deyildi.

Qismətin payıdır qorxduğum bir az,
Başqaydı könlümün istəyi bu yaz.

Bilirəm, amma ki, gələn deyilsən,
Adımı çəkib də, dönən deyilsən.
Alik Dənizsevər

Nəvəmin sualları

Yarpaq niyə yaşıldır?
Alma nədən qırmızı?
Soruşur məndən nəvəm –
Oğlumun dəcəl qızı.

Г‡ay niyə gecə-gündüz
Axır, yorulmur, nənə?
Bütün günü, hey verir
Nəvəm suallar mənə.

Nə qədər danışsa da
Doymuram söhbətindən –
Balam, hər şey yaranıb
Tanrının qüdrətindən.
Şərqiyyə Balacanlı

Şərh Yaz