İsmayıllı idmançılarının uğuru

5-8 avqust tarixlərində Rusiyanın paytaxtı Moskva şəhərində Universal döyüş üzrə Avropa çempionatı keçirilib. Demək olar ki, əksər Avropa ölkələrinin iştirak etdiyi yarışda Azərbaycan idmançıları qüvvələrini sınayıb.
İsmayıllı idmançılarının uğuru
Üç gün davam edən birincilikdə baş məşqçi Bayram Qəhrəmanovun rəhbərliyi altında İsmayıllı rayonunun yetirmələri 60 kq çəki dərəcəsində mübarizə aparan Eşqin Əsgərov və 55 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Həbib Zərbəliyev müvafiq olaraq fəxri kürsünün birinci, ikinci pillələrində qərarlaşıblar. Bu uğurlarla Azərbaycan komanda hesabında qənaət-bəxş nəticə qazanıb.
Qeyd edək ki, çempionatın sonunda qalib və mükafatçılara diplom və medallar təqdim olunub.
“İsmayıllı xəbərləri”

Şərh Yaz