Г‡empionat gərgin və maraqlı keçir

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə İsmayıllı Rayon İcra Hakimiyyətinin təsdiq etdikləri, rayon Gənclər və İdman İdarəsinin fəaliyyət planına uyğun olaraq futbol üzrə rayon çempionatı keçirilir.
Г‡empionat gərgin və maraqlı keçir
Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş çempionat çərçivəsində 5 avqust 2016-cı il tarixdə Hacıhətəmli kənd stadionunda həmin kəndin komandası Qurbanəfəndi bələdiyyəsinin komandası ilə qarşılaşıb. Oyun 1:1 hesabı ilə nəticələnib.
Builki rayon çempionatı daha gərgin, daha maraqlı keçir, tamaşaçı kütləviliyi ilə seçilir.
“İsmayıllı xəbərləri”

Şərh Yaz