Uşaqların istirahəti diqqət mərkəzindədir

İsmayıllı Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin uşaq şöbəsində silsilə tədbirlər davamlı şəkildə həyata keçirilir. Belə ki, Uşaq kitabxanasında Azərbaycan və dünya kinomotoqrafiyasının məhsulu olan cizgi filmləri nümayiş etdirilir.
Uşaqların istirahəti diqqət mərkəzindədir
Tədbirdə kitabxananın direktoru Rəna Süleymanova, tədbirin təşkilatçısı, bu sətirlərin müəllifi İnqa Namazova kitabxananın digər əməkdaşları, məktəbli və bağça yaşlı uşaqlar valideynləri ilə bərabər iştirak ediblər. Cizgi filminin nümayişindən sonra kitabxananın nağıl guşəsində məktəbli və bağça yaşlı uşaqlar üçün uşaq şeirləri, nağıllar oxunub. Tədbir dinləyici uşaqların böyük marağına səbəb olub.
İnqa Namazova

Şərh Yaz