Sosial hüquqlar müdafiə olunur

“Sosial Hüquqların Araşdırılması” ictimai birliyi Azərbaycan Respublikasının Prezdenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Г‡ətin həyat şəraitində yaşayan şəxslərin (ailələrin) sosial hüquqlarının müdafiəsi sahəsində hüquqi yardım xidmətlərinin göstərilməsi” layihəsini həyata keçirir.
Sosial hüquqlar müdafiə olunur
21 iyul 2016-cı il tarixdə Rayon İcra Hakimiyyəti və ictimai birliyin birgə təşkilatçılığı ilə Tarix Diyarşünaslıq Muzeyində layihə çərçivəsində seminar keçirilmişdir. Layihənin məqsədi çətin həyat şəraitində yaşayan şəxslərin, eləcə də işsiz gənclərin, aztəminatlı ailələrin, cəzaçəkmə müəssisələrindən azad olunaraq sosial adaptasiyaya ehtiyacı olan şəxslərin, təhsildən kənarda qalmış qadınların, ahılların, iş tapmaqda çətinlik çəkən və sosial müdafiəyə ehtiyacı olan digər şəxslərin və sair sosial hüquqlarla bağlı məlumatlandırılması, bu sahədə hüquqi biliklərin artırılması və pozulmuş hüquqlarının inzibati və məhkəmə qaydasında müdafiəsindən ibarətdir. Tədbiri RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnarə Mirzəliyeva açıb və rayon rəhbərliyi adından qonaqları salamlayıb. “Sosial hüquqların araşdırılması” ictimai birliyinin sədri, BDU-nin professoru, hüquq elmləri doktoru Mayis Əliyev yaradılan şəraitə görə minnətdarlığını bildirib və layihə barədə məlumat verib. Tədbir iştirakçıları müzakirələrdə fəal iştirak edərək bu mövzuya dair fikir və təkliflərini söyləyiblər. Sonda seminarda iştirak edənlərə layihə çərçivəsində hazırlanmış bukletlər paylanılıb.
Gülnarə Mirzəliyeva

Şərh Yaz