Dostluq səfərinə yola salındılar

Rayonumuzun dünyanın bir sıra ölkələri ilə elm və təhsil sahələrində əməkdaşlığı möhkəmlənib, müəllim və tələbələrin təhsil mübadiləsi, beynəlxalq layihələrdə, konfranslarda, vebnarlarda, onlayn kurslarda iştirakı geniş vüsət alıb.
Dostluq səfərinə yola salındılar
2013-cü il noyabr ayının 22-də Azərbaycanın İsmayıllı və Yaponiyanın İto şəhərləri arasında qarşılıqlı dostluq mübadiləsi haqqında imzalanmış saziş əsasında dostluq əlaqələri getdikcə möhkəmlənməkdədir. Qarşılıqlı səfərlər, təcrübə mübadilələri, yapon və Azərbaycan dili öyrənmə kursları təşkil edilmişdir. Yaponiyalı şagirdlər İsmayıllıda, ismayıllılar isə Yaponiyanın İto şəhərində dostluq səfələrində olublar. “İto yay festivalı”nda iştirak etmək məqsədilə İsmayıllı Rayon Təhsil Şöbəsi tərəfindən müəyyən edilən iki şagird və qrup rəhbərinin cari ilin 31 iyul-12 avqust tarixləri arasında – 12 gün ərzində Yaponiyaya növbəti səfəri baş tutacaqdır.
Rayon İcra Hakimiyyətində şagirdlərin yola salınması ilə əlaqədar görüş keçirilib. Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova və Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov şagirdlərə uğurlar arzulayıb, onlara müstəqil Azərbaycan dövlətini, rayonumuzu yüksək səviyyədə təmsil etməyi tövsiyə ediblər.
Gülnarə Mirzəliyeva

Şərh Yaz