Əsas məqsəd xalqa xidmətdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çoxcildliyi “İnkişaf məqsədimizdir” adıyla nəşr olunur. İstənilən məqsədə gedən yol isə, şübhəsiz ki, heç də həmişə hamar olmur. Bu yolun enişi-yoxuşu da var, daşı-kəsəyi də. Bütün hallarda başlıca məram hədəfin düzgün müəyyənləşdirilməsi, istiqamətin seçilməsidir. Cənab Prezidentin dəfələrlə qeyd etdiyi kimi, əsas məqsədi və bütün məsul şəxslərdən tələb etdiyi də xalqın xidmətçisi olmaqdır. Bu xidmətin ən vacib tərəflərindən biri vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılmasıdır. Müraciət etdiyi ünvandan vətəndaşın obyektiv, reallığı əks etdirən cavab almasıdır. Azərbaycan Respublikası Prezidenti Administrasiyasından başlamış yerli təşkilatlara qədər iş belə təşkil olunub. Hər bir Azərbaycan vətəndaşının Prezidenti olan cənab İlham Əliyev ərizə və müraciətlərə, şikayətlərə baxılmasının səmərəliliyini artırmaq üçün ardıcıl və sistemli tədbirlər həyata keçirir.
Əsas məqsəd xalqa xidmətdir
Əsas məqsəd xalqa xidmətdir
Azərbaycan Prezidenti hər zaman bütün çıxışlarında məmurları təvazökar olmağa, vətəndaşları incitməməyə çağırış edir: “Hər bir məmur, o cümlədən Prezident xalqın xidmətçisidir. Dövlət məmurları və ailə üzvləri özlərini təvazökar aparmalıdırlar. Dövlət məmurları hesab etməməlidirlər ki, xüsusi statusları var. İnsanlara diqqət və qayğı göstərməli, problemlərini həll etməlidirlər. Məmurların fəaliyyətinə qiymətdə bu, əsas rol oynayacaq”.
Prezident İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı çıxışı da bir daha göstərdi ki, xalqla hakimiyyət arasında səmimi inam var. Cəmiyyət hakimiyyətinə, Prezidentinə inanır. Prezident isə xalqın birinci xidmətçisi olduğunu bir daha bəyan etdi. Bu da, sözsüz ki, Azərbaycanı dünyada, regionda fərqləndirən cəhət kimi xarakterizə edilməlidir. Birlik, inam, qarşılıqlı hörmət ölkəni qüdrətləndirir, ictimai-siyasi sabitliyi inkişaf etdirir.
Məlumdur ki, ölkədə quruculuq işləri böyük vüsətlə gedir, müxtəlif layihələr həyata keçirilir. Bunların icraçıları isə eyni zamanda yerli sahibkar və iş adamlarıdır. Məlumdur ki, hər bir yerdə yerli icra orqanlarının rəhbərləri, icra başçıları, vəzifəli şəxslər sahibkarlara kömək göstərməlidirlər. Onların fəaliyyətinə dəstək verməli, incitməməli, işinə müdaxilə etməməli, qanunsuz tələblər irəli sürməməlidirlər. Prezidentin tələbi də məhz budur.
Dünyada baş verən təlatümlərə, iqtisadi tənəzzülə və ümumiyyətlə, bütün çətinliklərə baxmayaraq, Azərbaycanda bu gün mövcud olan resurslarla regionlarda quruculuq işlərini daha sürətlə davam etdirmək mümkündür. Bu istiqamətdə işlər gedir. Lakin buna əngəllər törətməyə çalışan məmurlar, iş icraçıları var və saxtakarlıq, rüşvətxorluq halları hələ də tam aradan götürülməyib.
Azərbaycan Prezidenti öz çıxışlarında korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməli olduğunu vurğulayır: “Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə böyük uğurlar var. Beynəlxalq qurumlar da bunu qeyd edir, əhali də bunu yüksək qiymətləndirir. Cəza tədbirləri, inzibati tədbirlər və sistem xarakterli islahatlar aparılır ki, biz bu bəlanı, bu yaranı aradan götürək”.
Dövlət başçısının bu ifadələri bir daha onu göstərir ki, hakimiyyətin apardığı siyasətin prioritet istiqaməti Azərbaycan xalqının rifahına, problemlərin yüksək səviyyədə həllinə yönəlib və Prezident üçün Azərbaycanın adi bir vətəndaşının hüquqları istənilən bir məmurun səlahiyyətlərindən dəfələrlə üstündür. Bu şəraitdə hər bir dövlət məmuru öz vəzifə borcunu şərəflə yerinə yetirməli, insanlara qulluq etməli və təvazökar olmalıdır. Ancaq bəzi hallarda təvazökarlıqdan, ümumiyyətlə, söhbət getmir.
Prezident çox düzgün olaraq ən ümdə məsələni qaldırdı: kimliyindən asılı olmayaraq, hər kəs millətə, xalqa, dövlətə xidmət etməlidir. Prezident öz çıxışında “xalqın birinci xidmətçisi mənəm” fikrini səsləndirib. Bu, bir ibrətamiz məsləhət, tələb kimi səslənir. Hər bir məmur da bundan özü üçün müvafiq nəticə çıxarmalıdır və bu onun birbaşa vəzifə borcudur…
Həmişə xalq qarşısında alnıaçıq, üzüağ olması üçün isə hər bir məmurun, icra strukturunun nümayəndəsinin şansı var. Buna nail olmaq da kifayət qədər sadədir. Bunun üçün insanların həyatı ilə yaşamaq, onların problemlərinə biganə yanaşmamaq, diqqətli olmaq, problemlərin həllində peşəkarlıq və qayğı nümayiş etdirmək tələb olunur.
Bir qədər konkretliyə keçəsi olsaq görərik ki, öz işinə məsuliyyətlə yanaşmayan, bu xalqın zəhməti, əziyyəti hesabına varlanan məmurlar ən ağır vicdan əzabı və cəzalarını çəkməlidirlər. Prezidentin xəbərdarlığı da bundan ibarətdir və hər bir vətəndaş əmin olmalıdır ki, xalqın malına xor baxanlara heç bir güzəşt olmur, cəzanın geci-tezi var…
Bildiyimiz kimi, bu gün müəyyən sosial problemlərin yaranması heç də yalnız insanların pis yaşaması ilə bağlı deyil. Statistik rəqəmlər də Azərbaycanda kasıb təbəqənin məhdud sayda olmasını deməyə əsas verir. Ancaq müəyyən qrup insanlar haqsızlıq və ədalətsizliklə üzləşirlər. Məmurun işi isə heç də ona müraciət edən insanın problemini həll etməkdən ibarət deyil. Elə vətəndaş ola bilər ki, heç o, doğru-dürüst müraciət etmək formasını bilməz, bu yöndə müəyyən problem olar. Bu gün isə vətəndaşları normal qəbul edib, onların dərdini dinləyib, vətəndaşın problemini öz problemi bilib bu işə həvəslə, canla-başla yanaşan məmurlarla yanaşı, təəssüf ki, həvalə olunan vəzifəyə səthi, səhlənkarlıqla yanaşan səlahiyyət sahibləri də var.
Halbuki düşünürəm ki, bəzi üzdəniraq məmurlar fəaliyyətlərini qurarkən ilk növbədə dövlət başçısı, Prezident İlham Əliyevdən örnək götürməli, onun daim xalqın, vətəndaşın yaxşı yaşaması üçün necə çalışmasını izləməlidirlər. Yaxın tarix olduğundan hər kəsin yadındadır. İkinci devalvasiyadan sonra bir sıra şirkətlər iş yerlərində ixtisarlar apardılar. Bu da, sözsüz ki, sosial gərginliyə yol açan amillərdən idi. Ona görə də cənab Prezident gözləmədən bu məsələyə reaksiya verərək bildirdi ki, bəzi iş yerlərinin bağlanması ilə əlaqədar yeni iş yerlərinin yaradılmasına ehtiyac var. O, fikirlərini konkretləşdirərək aşağıdakı şəkildə ifadə edib: “Son 12 ildə 1 milyon 500 min iş yeri yaradılıb, 1 milyon iş yeri daimidir. Digər tərəfdən, Azərbaycan əhalisi artıb, bu il Azərbaycan əhalisi 9,7 milyon nəfərdir. Əhalinin artması inkişafın əlamətidir. Əhalinin artması üstünlükdür, eyni zamanda bizi daha fəal işləməyə çağırır. Mən əhalinin artmasına sevinirəm, ancaq infrastruktur, iş yerləri də buna uyğun artmalıdır. Sosial məsuliyyət nəzərə alınmalı, şirkətlərdə ixtisar hallarının olmamasına çalışılmalıdır. İş yerlərinin açılmasında dövlət şirkətləri nümunə göstərməlidirlər. İşlərini itirən insanlar dövlət şirkətlərinə müraciət etsinlər, əminəm ki, iş yerləri olacaq. Sahibkarlar da bu prosesdə iştirak etməlidirlər. Г‡ünki iş adamlarına dövlət hərtərəfli dəstək verir və iş adamları da sosial məsuliyyətlərini dərk etməlidirlər”.
Əhalinin məşğulluğunu daim diqqət mərkəzində saxlayan cənab Prezidentin təşəbbüsü nəticəsində ilin əvvəlindən başlayaraq respublikamızda ictimai iş yerlərinin yaradılmasına start verildi. Bunun da nəticəsində, təsadüfi deyil ki, minlərlə insan yeni iş yeri tapdı və ailəsinin maddi problemlərinin həllinə nail oldu.
Ölkə başçısı əksər çıxışlarında korrupsiya və rüşvətxorluğa qarşı mübarizə ilə bağlı tədbirlərin sürətləndirilməsinin vacibliyini diqqətdə saxlayır. O, həmişə dövlət qurumlarının və məmurların yerli məhsullardan imtina etmələrinin yolverilməz olduğunu vurğulayır. Bu baxımdan Prezident İlham Əliyevin aşağıdakı fikirləri böyük əhəmiyyətə malikdir: “Azərbaycanda bir nəfər də olsun toxunulmaz adam yoxdur, hamı qanun qarşısında cavabdehdir”.
Bu gün Prezident İlham Əliyev tərəfindən Azərbaycanda yaradılan siyasi sabitlik də xalqa xidmətin təzahürü kimi dərk edilməlidir. Xalqımızın vahid amal ətrafında birləşməsi, qazanılan uğurlar, əslində bunun əsas səbəbidir. Əgər qeyd edilənlər olmasa, sözsüz ki, ətraf ölkələrdə yaşanan qarşıdurmalar bizim üçün də qaçılmaz olardı. Real vəziyyət isə ortaya dünya üçün əhəmiyyətli Azərbaycan nümunəsini qoyur və bir çox yerdə Azərbaycan təcrübəsi öyrənilir. Azərbaycan demokratiya yolu ilə sürətlə irəliləyir.
Bu gün vacib olan məsələlərdən biri də hər zaman cəmiyyətin lokomotivi olmuş müasir Azərbaycan gəncliyinin qeydinə qalmaq, onlar üçün lazım olan şəraitin yaradılması, problemlərinin zamanında həll edilməsidir. Bunu zəruri edən amillərdən biri də ölkənin gələcəyinin məhz gənclərdən asılı olmasıdır. Onu deyim ki, 1980-ci illərin sonu və 1993-cü ilin əvvəlindəki gəncliyin problemini hər birimiz yaxşı bilirik. Gənclik vətəndaş müharibəsindən vətəndaş cəmiyyətinə qədər şərəfli bir yol keçib, dünya gəncliyi qarşısında öz layiqli sözünü deyib. Azərbaycan gəncliyi dünyaya Xocalı qətliamı kimi bir faciənin reallığını qəbul etdirib. Bu gün də onlar müasir, yeniləşən və sürətli inkişaf edən ölkəmizi layiqincə tərənnüm edirlər.
SSRİ-nin süqutundan sonrakı qısa zamanda Azərbaycan gəncliyi sanki bir boşluqla üz-üzə qaldı. Yaranan qeyri-müəyyənlikdən bəhrələnən isə ayrı-ayrı dövlətlərin maraqlarına xidmət edən missioner qruplar və ya dini cərəyanlar oldu. Onlar müxtəlif qruplaşmalara qoşuldular. Ancaq gənclər harada olsalar belə vətən, millət və xalq üçün, müstəqilliyimiz üçün can atırdılar. Ancaq bugünkü gəncliyə nəzər salanda aydın olur ki, heç də gənclərin hamısı gələcək üçün müsbət fikirlərin formalaşmasına zəmin yaratmır. Gəncliyimiz ötən dövrün gəncliyindən də daha təhlükəli problemlərlə üzləşir, müxtəlif təriqətlərə qoşulur. Bu, azmış kimi, xaricdə olan havadarların köməyi ilə dövlətçiliyimizə qarşı qərəzli kampaniya aparırlar. Təbii ki, belələri say etibarilə çox deyillər. Lakin bütün hallarda Azərbaycanın hüquq mühafizə orqanları bu yöndə ayıq-sayıqdır. Başqa dövlətin missioner fəaliyyətini üzərinə götürən gəncliyə isə heç harada yer yoxdur. Г‡ünki Azərbaycan gəncliyi Azərbaycan dövlətinə və xalqına, dahi Heydər Əliyev ideyalarına xidmət göstərməli və dünya gəncliyinə sübut etməlidir ki, Heydər Əliyev siyasəti hələ uzun illər yaşayacaqdır.
Ümummilli lider Heydər Əliyev də gənclərə, ümumilikdə isə vətəndaş müraciətlərinə həssaslıqla yanaşır, rəy, fikir və təklifləri məmnuniyyətlə qəbul edir, icrası üçün qurduğu sistemdən hamının səmərəli istifadəsinə imkan yaradırdı. Prezidentin 29 dekabr 1998-ci il tarixli fərmanı ilə təsdiq etdiyi “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması Qaydaları” məhz bu imkanların bir daha artmasına xidmət edirdi. Sonrakı illərdə vətəndaşların müraciətləri ilə əlaqədar fəaliyyətdə olan qaydalar daha da təkmilləşdirilmiş, operativliyi və səmərəliliyi artmış, vətəndaşları dövlət mövqeyində daha da möhkəmləndirmişdir.
Kargüzarlığın qanunauyğun olaraq müasir inkişafın və insanların sosial həyatının yeni tələblərinə uyğun təşkili hər bir sahədə məsuliyyətli fəaliyyətin təmin edilməsi, vətəndaş-xalq-hakimiyyət-dövlət vəhdətinin bərqərar olması üçün münbit şərait yaradır.
Sosial-iqtisadi inkişaf yeni xarakter aldıqca, vətəndaş-dövlət birliyi möhkəmləndikcə bilavasitə xalqın maraqlarına xidmət edən qanunlarda, təlimatlarda, əsasnamələrdə və digər sənədlərdə dövrün tələblərinə uyğun əsaslı dəyişikliklər edilir və ya yeniləri qəbul olunur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 23 iyun 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında, dövlət və bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası” məhz ölkə həyatının müasir durumu və vətəndaş maraqlarının nəzərə alınmasının göstəricisi kimi dəyərləndirilir. Qaydalarla tanışlıqdan bir daha aydın olur ki, bu sənəd Azərbaycan Respublikası Prezidentinin insan həyatına diqqət və qayğısı, xalqa xidmətinin daha da artırılması əsasında hazırlanmışdır. Bu hazırlıqda uzun illər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun təcrübəsi əhəmiyyətli rol oynayıb. Həm də bu təcrübə imkan vermişdir ki, qaydalar daha geniş miqyasda tətbiq edilsin, vətəndaşların əlaqəsi, müraciəti ola biləcək heç bir qurum, heç bir ünvan kənarda qalmasın. Qaydaların əhatə dairəsi genişləndikcə vətəndaşlarda da razılıq artır. Г‡ünki hər bir vətəndaş böyük ümidlə haqlı, doğru saydığı məsələsi ilə əlaqədar uyğun bildiyi ünvana müraciət edir, düzgün də cavab alır.
Yeni qaydalar “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 30 sentyabr 2015-ci il tarixli Qanununun 7.2-ci maddəsi əsasında hazırlanmışdır. Bu bir daha onun sübutudur ki, hər bir qanun qəbul edilərkən insan amili ilk olaraq nəzərə alınır. Bu qaydalar vətəndaşlara nə verəcək? Məntiqi əsasda qoyulan sualları indiki Azərbaycan şəraitində ancaq müsbət cavablandırmaq olar: çox şey!
İcra orqanları kargüzarlığın aparılmasının yeni qaydaları əsasında necə işləyəcək? “Dövlət və bələdiyyə orqanlarında, dövlət və bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası” elə bir təkmil sənəddir və elə səviyyədə hazırlanıb ki, həmin qaydalara uyğun kargüzarlığın təşkili ən yüksək nəticələr verəcək. İcra orqanlarının ilkin, əhali ilə daha sıx təmasda olan mərhələsi kimi rayon icra hakimiyyəti fəaliyyətində qaydalardan maksimum yararlanacaq.
Yenə də Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsələyə sistemli və professional yanaşmasını onda görürəm ki, kargüzarlığın aparılmasına nəzarətin həyata keçirilməsi qaydaları da yüksək səviyyədə hazırlanıb. Bu sənədlər icra hakimiyyətləri üçün istiqamətverici, əsaslandırıcı və icra keyfiyyətinin yaxşılaşdırılması xarakteri daşıyır. İsmayıllı Rayon İcra Hakimiyyətində artıq kargüzarlıq yeni qaydalar əsasında aparılır.
30 iyun 2016-cı il tarixdə rayon icra hakimiyyəti başçısı yanında şura iclasında yeni qaydaların öyrənilməsi və işdə tətbiqi ilə əlaqədar məsələ müzakirə edilib. İnzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri, tabeçilik istiqamətindən asılı olmayaraq bütün idarə, müəssisə və təşkilat rəhbərləri şura iclasında iştirak edib. Kargüzarlığın aparılması ilə əlaqədar sənədlərin müntəzəm öyrənilməsi və işdə tətbiqi ilə bağlı onlara tapşırıqlar verilib. Rayon icra hakimiyyətində bu mövzuya həsr olunmuş müşavirə keçirilib.
Hər bir sənəddə – fərman, sərəncam, təlimat və əsasnamədə ölkə rəhbərinin vətəndaşa diqqət, qayğı və hörmətini görən xalqımızla birgə İsmayıllı əhalisi də qarşıya qoyulan vəzifələrin icrasında ön cərgədə getməyi özünə vətəndaşlıq borcu hesab edir.
Mirdaməd Sadıqov,
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı

Şərh Yaz