Özəl klinikadan pulsuz müayinə

İsmayıllı rayon Lahıc bələdiyyəsinin sədri Rövşən Əliyevin redaksiyamıza verdiyi məlumata görə, qəsəbədə keçirilən “Həmrəylik düşərgəsi” layihəsinin tələblərinə uyğun olaraq “Sağlam ailə klinikası” bələdiyyə ərazisində yaşayan əhaliyə pulsuz müayinə xidməti göstərilməsi işini təşkil edib.
Qeyd edək ki, “Həmrəylik düşərgəsi” layihəsinin ideya müəlliflərindən biri də Lahıc bələdiyyəsidir.
Klinikanın mütəxəssisləri müraciət edənləri Lahıc qəsəbə xəstəxanasında qəbul ediblər. Müraciət edənlərin razılığını nəzərə alan bələdiyyə sədri R.Əliyev “Sağlam ailə klinikası”nın əməkdaşlarına minnətdarlığını bildirib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz