Media dəstəyinə görə təşəkkür

“ASAN xidmət”in Lahıcda təşkil etdiyi “Həmrəylik düşərgəsi” başa çatdıqdan sonra Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müşaviri, hüquq üzrə fəlsəfə doktoru Nadir Adilov “Yeni Müsavat” qəzeti redaksiyasının qonağı olub.
Media dəstəyinə görə təşəkkür
N.Adilov qəzetin baş redaktoru Rauf Arifoğlunu 50 illik yubileyi, eləcə də Milli Mətbuat Günü münasibəti ilə təbrik edib. O, redaksiya ilə tanışlıqdan sonra əməkdaşlarla görüşüb. Eyni zamanda Nadir Adilov “ASAN xidmət”in və bir neçə əməkdaş şirkətin təşkilatçılığı ilə Lahıcda baş tutan “Həmrəylik düşərgəsi” layihəsinə göstərdiyi media dəstəyi verdiyi üçün redaksiya heyətinə dərin təşəkkürünü bildirib və Lahıc misgəri tərəfindən hazırlanmış suveniri qəzetin redaktoruna təqdim edib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz