Lahıc fotolarda əksini tapdı

ASAN Könüllülərinin “Həmrəylik Düşərgəsi” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Multikulturalizm ili” elan olunması münasibəti ilə keçirilən silsiləvi tədbirlərə töhfə vermək məqsədi ilə ASAN Könüllüləri Təşkilatı tərəfindən “Həmrəylik düşərgəsi” layihəsi 20-25 iyul 2016-cı ildə həyata keçirildi.
Lahıc fotolarda əksini tapdı
Lahıc fotolarda əksini tapdı
Valeh Əliyev
Bir sıra təşkilatlarla yanaşı Azərbaycan Fotoqrafları Birliyi də (AFB) bu layihədə tərəfdaş kimi öz töhvəsini verib. Düşərgənin açılış mərasimində rəsmi qonaqlara və tərəfdaşlara AFB adından “Diqqət, Təbəssüm, Şərq əməkdaşlığının Ailə albomu” foto albomu təqdim olunub.
21 iyulda Rəsmi açılış mərasimində Rüfət Abasın fərdi fotosərgisi təqdim olundu. Fotosərgidə müəllifin “Küçə fotoqrafiyası” janrında dünyanın fərqli ölkələrindən çəkilmiş fotolardan ibarət sərgini yerli əhali və düşərgə iştirakçıları maraqla izləyibər.
İyul ayının 22-də Polşa fotoqraflarının “İs Not” fotosərgisi tamaşaçılara təqdim olunub. Fotoqrafların İslandiya haqqında olan layihələrindən ibarət sərgi izləyicilər tərəfindən maraqla qarşılanıb. Fotosərgi hərbi çadırların üzərində qeyri-adi bir formatda sərgilənib.
Sərginin açılışından sonra Lahıc haqqında son 50 il ərzində AFB üzvlərinin çəkdikləri fotolardan ibarət slayd şou təqdim olunub. Slayd şouda Oleq Litvin, Rəfael Hüseynov, Mirnaib Həsənoğlu, Araz Adiloğlu, Zamin Cəfərov, Mahir Əhmədov, Səfiyar Məcnun, Elxan Qəniyev, Ayaz Mikayılzadə, Azad Bağırov, Etibar Cəfərov, Mahir Rüstəmli, Pərviz Bağırovun fotoları yer alıb.
Slayd şoudan sonra “Hava yaxşı olsa” qısa sənədli filmin nümayiş olunub.
24 iyulda AFB tərəfindən Lahıca təşkil olunmuş fototurda 40 peşəkar və həvəskar fotoqraf iştirak edib. Azərbaycanda ilk dəfə Lahıc qəsəbəsində flaşmob fotosərgi keçirilib. Fotosərgidə hər bir fotoqraf öz fotosunu canlı olaraq tamaşaçılara təqdim edib. Fotosərgi Lahıcın mərkəzi küçəsi boyu gəzinti şəklində keçirilib, turistlər və yerli sakinlər tərəfindən maraqla qarşılanıb. Tamaşaçılar flaşmob zamanı fotoqraflarla birbaşa ünsiyyət qurdular, bəyəndikləri foto haqqında müəllifə fikir və minnətdarlıqlarını bildiriblər.
Əlamətdar hadisədən biri bu fotosərgiyə Azərbaycanın qocaman fotoqrafları – 89 yaşlı Kamal Babayev və 82 yaşlı Rafiq Nağıyev öz fotolarını iştirak üçün göndərmələri olub. Flaşmob zamanı qəsəbənin uşaqları və turist kimi qəsəbəni gəzən uşaqlara yadigar fotoqraf assisenti İD kartları hədiyyə olunub.
20-26 iyul tarixində düşərgədə iştirak edən 10 fotoqraf: Mirnaib Həsənoğlu, Rauf Umud, Rüfət Abas, İsmayıl Kərimov, Səfiyar Məcnun, İlkin Səlifov, Süleyman Süleymanlı, Elxan Qəniyev, Fərqanə Qasımova və Həsən İsmayılov Lahıc və düşərgə haqqında öz fərdi fotolahiyələrini tamamlayıblar. Həmrəylik düşərgəsinin yekunu olaraq, ümumi fotosərgi keçirilməsi nəzərdə tutulub.
Valeh Əliyev

Şərh Yaz