Birlik inkişafa təsir edən amildir

“Bələdiyyənin statusu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq bələdiyyələr, eləcə də bələdiyyənin hər bir üzvü 6 ayda bir dəfə görülmüş işlər haqqında seçicilər qarşısında hesabat verir. Bu məqsədlə iyul ayının 15-də keçirilən yığıncaqda 2016-cı ilin birinci 6 ayı üçün Qalınçaq bələdiyyəsinin sədri Elvin Seyidlinin hesabatı dinlənilib.
Birlik inkişafa təsir edən amildir
Bələdiyyə sədri rəhbərlik etdiyi qurum haqqında məlumatda bildirib ki, Qalinçaq bələdiyyəsinin 3030 hektar ərazidə yerləşir.Özü də daxil olmaqla Xanagah, Göytəpə, Mücühəftəran kəndlərini birləşdirir.
Bələdiyyənin mülkiyyətində 1100 hektardan bir qədər çox torpaq sahəsi vardır və müxtəlif təyinatlar üzrə istifadə olunur.
Bələdiyyə ərazisində 3375 nəfər yaşayır. 2 tam orta məktəb, 2 ümumi orta məktəb, bir klub, 4 kitabxana fəaliyyət göstərir. Əhalinin əsas məşğuliyyəti heyvandarlıq və əkinçilikdir. Bağçılıq, bostançılıqla məşğulluq da inkişafdadır.
Bələdiyyə sədri məruzəsində ötən 6 ay ərzində görülən işlərə geniş yer verib. Məruzədən bəlli olub ki,
Son 6 ayda bələdiyyə büdcəsinə torpaq sahələrindən icarə haqqından 1197 manat, torpaq sahələrinin vergisindən 1131 manat, torpaq satışından 3550 manat, əmlak vergisindən 97 manat, eləcə də 2150 manat həcmində dotasiya daxil olub. Daxilolmaların təyinatı üzrə, səmərəli şəkildə xərclənməsi şəffaflıqla icra olunub.
Bələdiyyənin gündəlik işi ərazidə yaşayan sakinlərin yaşayış tərzinin yüksəldilməsinə istiqamətləndirilib. Qazanılan bir sıra uğurlar vardır ki, onlar bələdiyyə üzvlərini daha fəal olmağa sövq edir. Təqdirəlayiq haldır ki, görülmüş işlərin bir çoxu bələdiyyə ərazisində yaşayan soydaşların işgüzarlığı sayəsində reallaşmışdır.
Kəndin ziyalılarından Sadiq İsayevin, Şafiq İbrahimovun, ağsaqqal Kamal Əzizovun, sahibkar Səlahəddin Məmmədovun xeyirxahlıqları nəticəsində bir sıra problemlər aradan qaldırılıb, sosial, mədəni-quruculuq işləri həyata keçirilib. Bu ənənənin davam edəcəyinə böyük zəmin yaranıb. Г‡ünki bələdiyyə üzvlüyünə seçilənlərin hər biri üçün ərazinin hərtərəfli inkişafı başlıca məqsəddir. Seçicilər bunu aydın görür və bələdiyyənin gündəlik işində iştiraka can atırlar.
Seçicilərin diqqətinə çatdırılan hesabatda görülən işlərlə bərabər qarşıda duran vəzifələrə də yer verilib. Buraxılan nöqsanların təkrarlanmaması və aradan qaldırılması üçün konkret təkliflər səsləndirilib.
Sonda 2016-cı ilin ikinci 6 ayında diqqətin ciddi şəkildə vergi toplanmasına yönəldiləcəyi və bələdiyyə-seçici münasibətlərinin daha faydalı şəkildə qurulacağına əminlik ifadə olunub. Birliyin inkişafa təsir edən amil olduğu vurğulanıb.
Bələdiyyələrin aşağıdan yuxarı idarə olunan qurum olmasını bildirən məruzəçi bələdiyyə işinin müsbətə doğru dəyişməsinə ümidvar olduğunu bildirib.
Fürsətdən istifadə edən sədr sakinləri vergilərin ödənilməsində fəallıq göstərməyə dəvət edib.
Məruzə ətrafında bələdiyyə üzvlərinin hesabat xarakterli çıxışları, seçicilərin rəy və təklifləri dinlənilib.
Yığıncaq görülən işlərə qənaətbəxş qiymət verilib.
Ş.Soltanov

Şərh Yaz