İsmayıllı velosipedçilərinin Bakı turu

26 İyun – Silahlı Qüvvələri Günü və orduya dəstək məqsədilə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin tələbə velosipedçiləri Bakıya veloyürüş etdik.
“Velosiped dostları” qrupu İsmayıllı şəhər mərkəzindən start götürdü. 185 kilometrdən çox yol qət etməyi qarşıya məqsəd qoyan gənclərimiz havanın isti, yolun uzun olmasına baxmayaraq eniş-yoxuşlardan keçərək, İsmayıllı-Bakı yolu boyunca hərəkət etdilər və finişə doğru irəlilədilər.
İsmayıllı velosipedçilərinin Bakı turu
Velo turun rəhbəri kimi qeyd edə bilərəm ki, yol boyu keçdiyimiz rayonlarda insanlar bizə böyük dəstək oldular. Onların alqış və səmimiyyətləri bizi finişə qədər müşaiyət etdi.
Əvvəl İsmayıllıdan qonşu rayonlara, daha sonra isə paytaxt Bakıya tur edən velosipedçilərlə Şəhidlər xiyabanını ziyarət etdik. Bakı səfərimizin respublika televiziyasında göstərilməsi bizə böyük hədiyyə oldu.
“Velosiped dostları” qrupu kimi istirahət saatını başa vurduqdan sonra İsmayıllıya döndük.
Əli İmamverdiyev

Şərh Yaz