Yaddas kitabcasi

Növbədənkənar konfrans

İsmayıllının ictimai həyatında fəallığı ilə seçilən, 12 il rayon veteranlar təşkilatına rəhbərlik etmiş Abduləli Əliyev bir müddət əvvəl dünyasını dəyişib. Yeni sədr seçkisi ilə əlaqədar növbədənkənar konfrans keçirməyə ehtiyac yaranmışdı.
Növbədənkənar konfrans
İyul ayının 13-də rayon Veteranlar təşkilatının Heydər Əliyev Mərkəzində işinə başlayan konfransını dövlət qulluğu veteranı Valeh Salehov açıb.
Soyqırımlar zamanı və Böyük Vətən müharibəsində həlak olmuş soydaşların, Qarabağ müharibəsində şəhid olmuş vətən övladlarının, vəfat etmiş təşkilat sədrinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikası Veteranlar təşkilatı, veteranların sosial müdafiəsi şöbəsinin müdiri, ehtiyatda olan polkovnik Kamal Əliyev çıxış edərək rayon təşkilatının sədirliyinə ehtiyatda olan polkovnik Əlaləm Babayevin namizədliyini irəli sürüb. Konfrans yekdilliklə Ə.Babayevi sədr seçib.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Prezident İlham Əliyevin, dövlətimizin veteranlara göstərdiyi qayğıdan, idarəetmədə, ideoloji və siyasi tərbiyə işlərində veteranların qüvvəsindən rayonda səmərəli istifadə olunmasından danışıb. Yeni sədrin uğurlu fəaliyyət göstərəcəyinə ümidvar olduğunu bildirib.
Kamal Əliyev “Veteran həmrəyliyi” medalını RİH-nin başçısı Mirdaməd Sadıqova təqdim edib.
Respublika veteranlar təşkilatının şöbə müdiri polkovnik Adil Haqverdiyev, rəyasət heyətinin üzvü polkovnik Həsən Əmirov və rayon təşkilatının sədri polkovnik Əlaləm Babayev çıxış ediblər. Qonaqlar rayonda aparılan quruculuq işlərindən, veteranlara göstərilən qayğıdan razı qaldıqlarını bildiriblər.
Konfrans ümummilli lider Heydər Əliyevin veteranlar haqqında dediyi dəyərli fikirlərin səsləndirilməsi ilə yekunlaşıb.
Nəsimi Teymurov

Şərh Yaz