Yaddas kitabcasi

Haqqa qarşı çıxanı haqq da cəzalandırır

Göbələk yıxılmış ağac istəyər,
Ki, bitib dikəlsin yıxılan üstə.
Musa Yaqub
2013-cü il fevral ayının 12-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev özünü xalqın birinci xidmətçisi adlandırmış, hər bir məmurdan, hər bir məsul işçidən xalqın xidmətində durmağı tələb etmişdir. Elə həmin zamandan başlayaraq bu tələb və tapşırıq İsmayıllıda çox uğurla, məsuliyyətlə, dövlət siyasətinə sədaqətlə yerinə yetirilir.
Haqqa qarşı çıxanı haqq da cəzalandırır
Hər kəsin haqqı özünə çatır, hər bir rayon sakininə layiq olduğu hörmət və ehtiramla yanaşılır. Ehtiyaclı insanlara mövcud imkanlar əsasında yardım göstərilir. Kimsə dərdi, problemi ilə baş-başa qalmır. Sosial problemlərin həllinə məsuliyyətlə yanaşılır. Yeni müəssisələr ( hər biri bir yazının mövzusudur), iş yerləri açılır. Abadlıq, quruculuq işləri, yolların abadlaşdırılması, qaz, su çəkilişi, dayanıqlı enerji təchizatı rayon icra hakimiyyəti rəhbərliyinin gündəlik diqqətindədir. Nəticələri də dəyərləndirən insanlar çoxdur. Г‡ünki onlar qəlbən, ruhən yaxşılığa köklənmiş, yaxşılığı yaxşı görməyi bacaran insanlardır.
Onu da yaxşı görürük ki, hər bir sahədə şəffaflıq və halallıq hökm sürür. Rayon icra hakimiyyəti ilə birgə hüquq mühafizə və ədliyyə orqanları insanların hüquqlarının qorunmasında, azadlıqlarının təmin edilməsində Azərbaycan qanunlarının ən yüksək səviyyəsində fəaliyyət göstərirlər. Haqqa əsaslanıb, ədalətə söykənib uğurlu yüksəlişini inamla davam etdirən Azərbaycanın çoxları üçün sevimli rayonu olan İsmayıllı ölkə rəhbərinin sərəncam, tapşırıq, göstəriş və tövsiyələrini çox böyük məsuliyyətlə, dövlət siyasətinə sədaqət göstərməklə, qanunçuluğa əsaslanmaqla həyata keçirir.
Elə bu həqiqətləri düşüncəmdən bir daha keçirdikcə təəccüblə fikirləşirəm: – Bəzilərinin belə haqq yolu, dövlət yolu, xalqa xidmət yolu, insanların ictimai maraqları üzərində qurulan fəaliyyət nə üçün xoşlarına gəlmir? Bunlara bəzi saytlarda, internet TV-lərdə, portallarda, adını “informasiya agentliyi” qoyanlarda, “baş redaktoru”ndan savayı işçisi və oxucusu olmayan qəzetlərdə daha çox rast gəlinir. Bütün növ KİV-lərin qeydiyyatı çox asan və çox da ucuz olduğu üçün kimlərsə dolanacaq mənbəyini, qazanmaq yolunu bu istiqamətdə görür. Utanmadan, həya etmədən, qanunu saymadan, Allahdan qorxmadan öz valideynlərinə layiq sözləri, şəri, böhtanı, iftiranı ləyaqətli insanların ünvanına yönəldir. Məqsəd isə qazanc əldə etməkdir.
Belə rəzaləti vicdanına sığışdıranlar bilməlidirlər ki, kimisə yıxmaqla dikəlmək olmaz. Haqqa qarşı çıxanı Haqq-Təala özü cəzalandırır.
Ad çəkmək fikrində deyiləm. Keçən əyyamlarda bir hüquqşünas vardı, rayonda yıxmadığı ev qalmamışdı. Dəstə-dəstə adamların tutulmasına bais olmuşdu. Özü getdi dünyadan, övladları isə ona çatası cəzanı çəkirlər. O həqiqəti də unutmayaq ki, yaxşının mükafatını, pisin cəzasını verən Allahdır. Bir bəndə digər bəndənin taleyinə müdaxilə etməkdə ixtiyarlı deyil.
Г‡ox təəssüf ki, oturduğu budağı kəsənlər, ilana ağu verən kərtənkələlər, şeytan kimi quyruq üstünə qalxanlar, dünyaya qarnı ilə baxanlar, soydaşlarının və həmkarlarının fəaliyyətində ancaq pislik axtaranlar sıralarda hələ də qalmaqdadır.
Bəzi KİV-lər üçün “etibarlı mənbə” rolunu da onlar oynayır. Belələri oynamaqda olsunlar, dövlətə sədaqətli və insanlara məhəbbətlilərin karvanı inamla irəliləyir.
Yaşlı nəslin yaddaşında böyük ziyalı kimi yaşayan rəhmətlik Qəşəm Aslanov bəd qələmli, bəd məqsədli adamlara üzünü tutub deyərdi:-“A qara yaxa, iş görmək əvəzinə qara bloknotunu alıb əlinə durursan pusquda, görək iş görən nə vaxt nöqsana yol verəcək, onu qara bloknotuna qeyd edib, öz qara fikirlərini də üstünə gəlib, ora-bura ötürəsən”. Kişi sanki bu günün “jurnalistləri” və “yazarları” üçün deyib bu sözləri. Sözü yiyələri götürəcək.
Haqqa qarşı çıxanı haqq da cəzalandırır
Biz isə üzərimizə başqa ictimai vəzifələri götürmüşük. Biz kimik?
Tanınmış şair Musa Yaqubun sədrliyi ilə “İsmayıllı xəbərləri” qəzetinin redaksiya heyətini yaratmışdıq. Mən də o sıraya daxil idim. Bir o qədər də fəal deyildik. Bu günlərdə qərara gəldik ki, redaksiya heyəti ictimai birlik formasında fəaliyyət göstərsin. İnformasiya təminatı, görülən işlərin təbliği, yaxşı işlərin, uğurların tanıdılması, mənəvi quruculuq sahəsində gedən işlərin, həyata keçirilən çox dəyərli tədbirlərin təbliği, yeri gələndə şər və böhtan, təhqir müəlliflərinin yerində oturdulması, reket jurnalistikaya qarşı mübarizə onunla bağlı olsun. Əhalinin rayonun sosial-iqtisadi inkişafı barədə informasiya təminatı yaxşılaşsın. İctimai birliyin işi elə səviyyədə qurulsun ki, əhali onu düşündürən arzu və təkliflərlə, narahat edən problemlərlə əlaqədar oraya müraciət etsin. ”İsmayıllı xəbərləri” elə səviyyədə buraxılsın ki, fəaliyyəti təhqir yazıb nəsə qoparmaq istəyən saytların kəsərli cavabını versin. Son olaraq qüvvələr bir istiqamətə – rayonun hərtərəfli inkişafına yönəlsin. Yan çəkən elə yanda, tənha qalsın.
Musa Yaqubun iki misrasına da diqqət yetirək:
Dişlərində zəhər gəzdirənləri
Yarpız qoxusuyla öldürmək olar.
Biz səmimiyyətimizlə, Vətənimizin, ölkəmizin yüksəlişinə, bir-birimizin varlığına sevinməklə pisliklərin, pislərin qarşısını ala bilərik. Şər-böhtan topluları və təhqiri özünə peşə etmiş adamlarla uzağa getmək olmaz.
Torpaqlarımızın 20 faizinin işğal altında olduğu bir zamanda mərkəzdən qaçmağa, aranı qatmağa, şər atmağa, pusquda yatmağa kimsə ixtiyarlı deyil.
Nisbətən istiqamətverici xarakterdə olan yazını mən sizin mühakimənizə verdim. Əziz oxucular, bundan sonra sizdən və redaksiya heyətinin üzvlərindən yazılar gözləyirik. İnformasiya sahəsindəki birgəlik həyat fəaliyyətinin bütün istiqamətlərini əhatə edəcək, səmərəsi də çox olacaq.
Valeh Salehov,
veteran jurnalist

Şərh Yaz