Qəsəbə ilə yaxından tanış olublar

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Xarici İşlər Nazirliyinin birgə Əsasnaməsinə uyğun olaraq 2015-ci ilin fevral-aprel aylarında xarici ölkələrin gəncləri arasında “Mən Azərbaycan haqqında nə bilirəm?” mövzusunda esse yazı müsabiqəsi keçirilmiş, Argentina, Banqladeş, Braziliya, Butan, Г‡ex Respublikası, Fransa, Hindistan, Litva, Meksika, Monteneqro, Rumıniya və Serbiyadan olan qaliblərin 10-20 iyul 2016-cı il tarixlərdə Azərbaycana səfəri nəzərdə tutulmuşdur.
Qəsəbə ilə yaxından tanış olublar

Azərbaycanı qarış-qarış gəzməyi planlaşdıran xarici ölkə gəncləri 13 iyul 2016-cı il tarixdə İsmayıllı rayonuna gələrək Lahıc qəsəbəsi ilə daha yaxından tanış oldular.
Qonaqlar Lahıc qəsəbəsinin YUNESCO-nun qeyri-maddi mədəni irsinə daxil olmuş “Lahıc misgərliyi” ilə maraqlanıblar. Lahıcın füsunkar təbiəti və özünəməxsus orta əsr memarlıq üslubundakı tikililər xarici ölkə gənclərində xoş təəssüratlar yaradıb.
Şəhla Qafarova

Şərh Yaz