Yaddas kitabcasi

Azərbaycan-Belorus dostluğu inkişafdadır

Bu dostluğun, qardaşlığın təməli 18 iyun 2008-ci il tarixdən qoyulub. Ürəkaçan odur ki, hər iki ölkənin şəhərləri illərin sınağından uğurla çıxıb, qarşılıqlı münasibətlərin, iş birliyinin əsaslarını daha da möhkəmləndirmək istiqamətində əhəmiyyətli işlər görüb, tədbirlər həyata keçirib. İsmayıllının və Nesvijin ictimai, iqtisadi, sosial-mədəni həyatının ayrı- ayrı sahələrində bunlar öz əksini tapıb. Elə bir əlamətdar gün, tarixi hadisə, yubiley tədbiri olmur ki, orada sözügedən rayonların nümayəndələri bir-birilərini unutsun.
Azərbaycan-Belorus dostluğu inkişafdadır
Bu il iyun ayının 28-də İsmayıllını təmsil edən nümayəndə heyəti – beloruslu dostların dəvəti ilə Nesvijə yola düşüb. Səfər başa çatdıqdan sonra “İsmayıllı xəbərləri” qəzetinin redaktoru nümayəndə heyətinin rəhbəri, İsmayıllı Rayon İcra Hakimiyyətinin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırması şöbəsinin aparıcı məsləhətçisi Səməd Kamilli ilə görüşüb, növbəti səfərin təəsuratlarını oxucularımızla bölüşməsini xahiş edib. Söhbətin xülasəsini oxucularımıza təqdim edirik:
– Azərbaycan və Belorus Respublikaları arasında isti münasibətlər illərin sınağından çıxa-çıxa bərkimiş, bugünkü ürəkaçan səviyyəyə yüksəlmişdir. Belorusun alman faşistlərindən azad edilməsinin və Nesvijin yaranmasının növbəti ildönümü münasibətilə alınan dəvət rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən böyük razılıqla qarşılandı və lazımı hazırlıq işləri aparıldı. Mənim, memarlıq və tikinti şöbəsinin böyük məsləhətçisi Vüsal Məcidovun, sahibkar Azad Əliyevin, Nikitin adına kolxozun nümayəndəsi İvan Uryupinin və İsmayıllı Rayon Mədəniyyət və Turizm Şöbəsinin əməkdaşı Rövşən Teyyubovun təmsil etdiyi nümayəndə heyəti dostlarımızın – nesvijlilərin diyarına böyük sevinclə, həvəslə yola düşdük.
Azərbaycan-Belorus dostluğu inkişafdadır
Azərbaycan-Belorus dostluğu inkişafdadır
Azərbaycan-Belorus dostluğu inkişafdadır
Bayram şənliklərinə on iki ölkədən nümayəndələr dəvət olunmuşdu. Qarşılanma çox yüksək səviyyədə təşkil edilmişdi. Nesvijlilər ismayıllıları öz əzizləri kimi, böyük səmimiyyət və mehribanlıqla salamladılar. Bu mərasimdə Nesvij Rayon İcraiyyə Komitəsinin sədri cənab İvan İvanoviç Krupko, deputatlar və digər rəsmi şəxslər təmsil olunurdu. İlk görüş zamanı bizi qarşılayanların hamısı bir istəklə, bir sorğuyla bizə müraciət etdilər: “İsmayıllı üçün çox darıxmışıq, onun səfalı güşələri, buz bulaqları, yaşıldonlu meşələrini, dağlarını, bir də səmimi, mehriban, qonaqpərvər adamlarını hər an, hər gün xoş xatirə kimi yada salırıq”. Onu da söylədilər ki, bu gün İsmayıllıda sosial quruculuq, tikinti, abadlıq işlərindən şifahi də olsa məlumatlıdırlar. Respublikamızda, o cümlədən rayonumuzda aqrar sahədə aparılan islahatlar sahibkarlıq fəaliyyətinə geniş meydan verilməsinin uğurlu bəhrələrinin onlarda xoş təəsüratlar yaratdığından da danışdılar.
Nesvijlilərə rayonumuzun sosial-iqtisadi, sənaye, mədəniyyət, incəsənət, tarixi abidələrini, milli adət -ənənələrini əks etdirən bir sıra qiymətli hədiyələr, məlumat topluları aparmağı da unutmamışdıq. İsmayıllı istehsalı olan şərabı, rayonumuzda toxunan xalçaları, mis üzərində döyülüb hazırlanan Nesvij şəhərinin gerbini və misdən hazırlanan digər əşyaları, İsmayıllı haqqında bukletləri, Azərbaycanın, o cümlədən rayonumuzun milli mətbəxi haqqında məlumatlar toplusunu, İsmayıllıda hazırlanan kəlağayını nesvijli dostlarımız ən böyük, ən qiymətli, unudulmaz, əbədi xatirə kimi yaddaqalan mükafatlar, hədiyyələr kimi qəbul etdilər.
Qeyd edim ki, Nesvijdə sənayenin, aqrar sahənin inkişafına xüsusi önəm verilir. Ona görə də bizi müşaiyət edənlərin tərkibində həmin sahələrin nümayəndələri təmsil olunurdular. Г‡ünki İsmayıllı və Nesvijin bu baxımdan da bir-birinə oxşarlığı çoxdur. Rayonun ən böyuk təsərrufatlarından olan “Yeni həyat”da ürəkaçan çoxlu mənzərələrlə qarşılaşdıq. Diqqətimizi çəkən əsas cəhət o oldu ki, “Yeni həyat” rayonumuzun N.Nikitin adına kolxozu müəyyən istiqamətlərdə eyniliklərə malik olmasıdır. Burada 2015-ci ildə hər hektardan 100 sentner taxıl istehsal edilmişdir. Heyvandarlıq fermaları tam avtomatlaşdırılmışdır. Təsərüfatın özünün ət və ət məhsulları istehsalı zavodu fəaliyyət göstərir. Burada yem istehsalına və satışına xususi önəm verilir. Bir sözlə, “Yeni həyat”ın torpaqları çox məhsuldardır.
Nesvijin tarixi abidələri, mədəniyyət və istirahət ocaqları da bizdə yaxşı ovqat yaratdı. Bayram şənliyi təəsüratları isə daha zəngin, daha yadda qalan oldu. Meydanda, ayrı-ayrı yerlərdə olan lövhələrdə Azərbaycan, İsmayıllı haqqında geniş məlumatlar vardı. Bayram iştirakçıları bu lövhələrlə tanışlıqdan sonra bizimlə həmsöhbət olur, ölkəmizin, o cümlədən rayonumuzun dinamik inkişafından böyük məmunluqla danışır, onları maraqlandıran suallara cavab alırdılar.
Nesvijlilər ölkəmizin paytaxtı Bakıda ilk Avropa Oyunlarının və “Formula-1” yarışının maraqla izlədiklərinin qeyd etdilər, o günlərin böyük maraqla, istəklə xatırlatmaları da dostluğumuzun, qardaşlığımızın təntənəsi kimi yadda qaldı.
Bayram şənliyində Nesvij rayon İcraiyyə komitəsinin sədri cənab İvan İvanoviç Krupko çıxış edərək bütün qonaqları salamladı. Öz çıxışımda Belorus Respublikasının müstəqillik bayramı və Nesvij şəhərinin yaranması günü ilə əlaqədar İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun adından və rayon ictimayəti tərəfindən təbrik etdim eyni zamanda tədbirdə iştirak edən digər şəhərlərin nümayəndə heyətləri ilə hədiyyə mübadiləsi aparıldı. Tədbir ərəfəsində rayonumuzdan iştirak edən incəsənət təmsilçisi R.Teyyubov “Azərbaycan” mahnısını səsləndirdi. İfadan sonrakı davamlı alqışları ölkəmizə və rayonumuza olan maraq və sevgi kimi qəbul etdik.
İsmayıllı-Nesvij dostluq və qardaşlığını əks etdirən işlər, faktlar çoxdur. Əlaqələr möhkəmlənməkdə və inkişaf etməkdədir. Rayonumuzda qaçqınlar üçün salınan qəsəbənin tikintisi məhz Belorus inşaatçıları tərəfindən aparılıb, İvanovkadakı çörək zavodunun da ərsəyə gəlməsində Belorus dostlarımızın əməyi çox olub.
Bir sözlə, Nesvijə etdiyimiz bu səfər dostluq tariximizin ən şanlı səhifəsi oldu. Ayrılarkən onları rayonumuza dəvət etdik və dedik ki, gəlin, şahid olun ki, Azərbaycanda, Bakıda, İsmayıllıda son illərdə nə qədər böyuk xarüqələr yaradıblar.
Söhbəti qələmə aldı:
Şahməmməd Soltanov

Şərh Yaz