Yaddas kitabcasi

İbtidai siniflərdə metodbirləşmə işinin aparılması

Metodbirləşmələrdə müzakirə edilən məsələlərin əhatə dairəsi genişdir. Metodbirləşmə üzvlərinin iş sisteminə təlim-tərbiyə işlərinin səviyyəsinin və şagirdlərin bilik keyfiyyətinin yüksəldilməsinə dair tədbirlərin hazırlanıb keçirilməsi, pedaqogika və psixologiyanın aktual problemlərinin həlli durur.
İbtidai siniflərdə   metodbirləşmə işinin aparılması
Metodbirləşmədə müzakirə olunanların əsas mahiyyəti şagirdlərin mənəvi və estetik tərbiyəsi üzrə məsələlərin müzakirəsi, müəllimlərin elmi-pedaqoji ədəbiyyat sahəsində yeniliklər ilə tanış edilməsi, proqramın nisbətən çətin mövzuları üzrə dərslərin planlaşdırılmasıdır. Bu məsələrin yerinə yetirilməsi üçün daha təcrübəli müəllimlərin “açıq dərs”lərinin təşkili, əyani və didaktik materialların hazırlanması, biliklərin mənimsənilməsinin monitorinqinin aparılmasıdır.
Təhsil Nazirliyinin və yerli idarəetmə orqanlarının tədris prosesi ilə bağlı metodik tövsiyə və göstərişlərinin yeniliklərin öyrənilməsi metodbirləşmə iclaslarında metodbirləşmə üzvləri ilə müzakirə edirik. Bu məsələlərin yerinə yetirilməsi metodbirləşmələrin işinin elmi əsaslar üzrə planlaşdırılmasını tələb edir. İş planımız metodbirləşmələrin əsas fəaliyyət görəcəyi işin əvvəlcədən müəyyənləşdirməkdir. Ona görə də metodbirləşmələrin işini planlaşdırarkən məktəbdə təlim prosesinin təşkilinə dair ümumi tələbləri, planlaşdırılan dövr üçün nəzərdə tutulmuş tədbirləri, müəllimlərə konkret kömək göstərmək zərurətindən irəli gələn tələbləri nəzərə alırıq.
İbtidai sinif metodbirləşmələrin yığıncaqları ildə 3-4 dəfə keçirilir. Bu yığancaqlarda metodbirləşmə üzvləri haqqında məlumatı, metodbirləşmə işinin planlaşdırılması, onun məşğələlərinin hazırlanması və keçirilməsi, açıq dərslərin təşkli, metodik işin öyrənilməsi tətbiqi işləri görür.
Metodbirləşmənin məzmununa gəldikdə isə burada tədris proqramı materiallarının planlaşdırılması; yeni təlim metodlarının tətbiqi məsələləri durur. Mübahisəli pedaqoji məsələlərin müzakirəsi, pedaqogika və metodikaya aid yenilikləri müəllimlər arasında yaymaq, müəllim-şagird münasibətlərinin vəziyyətini öyrənmək, təlim zamanı şagirdlərin faəllığının və müstəqilliyinin təmin edilməsidir. Dərsdə şagirdlərin meyl, maraq və qabiliyyətlərinin nəzərə alınması, pedaqoji prosesin idarə edilməsinin səmərəli yollarının axtarılması metodbirləşmə iclaslarında müzakirə olunur.
Bu gün metodbirləşmənin əsas məqsədi müəllimin qarşısında duran dərsin təlim, tərbiyə və inkişaf etdirici funksiyalarının həyata keçirilməsi üçün dərsdə milli xüsusiyyətlərinin nəzərə alınmasıdır. Yeni nəşr olunmuş dərslik və metodik vəsaitlərin müzakirəsi, müəllimlərin fəaliyyətindəki nailiyyətləri əks etdirən sərgilər təşkil etmək, sinifdənxaric, məktəbdənkənar tədbirlərin və açıq dərslərin təşkili, müəllimlərin ixtisasının artırılmasının formalarının müəyyənləşdirilməsi, siniflər arasında bilik yarışlarının keçirilməsidir. Bu məqsədə məktəbimizdə siniflər arasında bilik yarışları keçirilir. Yoxlama işlərinin nəticələri, metodbirləşmə üzvləri ilə birlikdə müzakirə edilərək nəticələr müqayisə edilir.
Metodbirləşmələrdə proqram materialları, təqvim planları, sistematik kursların, fakültativ məşğələlərin proqramları müzakirə olunur. Fənlərin tədrisi zamanı qarşıya çıxa biləcək problemli məsələlərin həlli istiqamətində iş aparılır. Açıq dərslər, qarşılıqlı dərs dinləmələri təşkil olunur və metodbirləşmə iclaslarında müzakirələr aparırıq. Müəllimlərin pedaqoji ustalığının yüksəldilməsi üçün metodbirləşmələrin təşkil etdiyi qarşılıqlı qaydada dərslərdə iştirakın da mühüm əhəmiyyəti vardır. Yenicə fəaliyyətə başlayan müəllimlər daha təcrübəli yoldaşlarından dərslərə hazırlaşmağın forması ilə tanış olur, dərsin hər bir mərhələsində tətbiq edilən təlimin yeni metodlarının əməli surətdə necə reallaşdırıldığını görürlər. Lakin dərslərdə qarşılıqlı surətdə iştirak yalnız yeni fəaliyyətə başlayan pedaqoqların öyrədilməsi ilə məhdudlaşmır. Hər bir müəllim həmkarının dərslərində iştirak etməklə ondan faydalı, öz dərslərində istifadə edə biləcək bir şey götürə bilir. Bizim məktəbdə də gənc müəllimlərin – Sevinc İsmayılovanın, Elnarə Məsimovanın açıq dədsləri keçirmişdir.
Açıq dərslər bir tərəfdən öyrədici xarakter daşıyırsa, digər tərəfdən qabaqcıl müəllimlərin iş təcrübəsinin öyrənilib yayılmasına xidmət edir. Dərsin təşkili, qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi ən mürəkkəb olunan prosesdir, təlimin ən səmərəli metod və üsullarından istifadəsidir. Г‡ünki dərs müəllimin yaradıcılığının məhsuludur. Məktəbimizdə olan Promethan lövhədən istifadə etməklə infomasiya texnologiyalarını daha dərindən öyrənmək və tətbiq etmək şagirdin maraqına səbəb olur. Bu məqsədlə “innovativ müəllimlər” qrupunun rəhbəri Şərafət Bayramov Promethan lövhələrlərindən istifadə etməklə dərslərin daha maraqlı keçməsi üçün treniqlər keçirib. Bu treniqlərdə müəllimlər fəal iştirak edirlər. Ulu öndərimiz demişdir:
“Müəllimlik çox şöhrətli bir sənətdir. Həqiqi müəllim olmaq cəmiyyət üçün doğrudan da çox qiymətlidir”.
Təhminə Atayeva,
İsmayıllı şəhər Ağahüseyn Aslanov adına 2 nömrəli tam orta məktəbinin ibtidai sinif müəllimi

Şərh Yaz