İsmayıllı rayonunda təhsil alan şagird və tələbələrin nəzərinə!

Sizi İsrayıl Həsənov adına İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbində 02 iyul 2016-cı il tarixindən başlayacaq və hər həftənin şənbə günləri saat 15:00-da keçiriləcək yapon dili kursuna yazılmağa dəvət edirik.
Yaponiyalı müəllim Konişi san kursa yazılanlara ingilis dili vasitəsilə yapon dilini tədris edəcək. Kurs ödənişsizdir.
Təlimlərdə iştirak etmək istəyənlər “İsrayıl Həsənov adına İsmayıllı şəhər 1 saylı tam orta məktəbi” səhifəsində “inbox”a daxil olmaqla ad, soyad və oxuduqları məktəb haqqında məlumat göndərməlidirlər.
İsrayıl Həsənov adına İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbi

Şərh Yaz