Gənclər bəzi proseslərdə alətə çevrilməməlidir

Dünyada dini radikalizm sürətlə yayılmaqda, dinin əsl mahiyyətindən uzaq olan digər məqsədlər üçün istifadə cəhdləri çoxalmaqdadır. Bu məsələdə narahatlıq doğuran hal odur ki, gənclərin bu proseslərə alət kimi cəlb edilməsi cəhdləri davam etdirilir.
Radikalizmi doğuran səbəblərdən biri, din haqqında məlumatsızlıq və yanlış yönləndirilmələrdir.
Bu mənada Respublikada dini radikalizmlə mübarizədə ilk növbədə gənclər arasında dini maarifçilik işinin təşkilinə xüsusi diqqət yetirilir.
Gənclər bəzi proseslərdə alətə çevrilməməlidir
Belə tədbirlərdən biri iyun ayının 28-də İsmayıllıda –“ Heydər Əliyev Mərkəzində reallaşdı. Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İslahatçı Gənclər” İctimai Birliyi tərəfindən “Dini radikalizm və ekstremizmlə mübarizədə gənclərin rolu” mövzusunda konfrans keçirilib. Konfransda 70 nəfərə yaxın gənc, ictimaiyyət nümayəndəsi, ruhani, dini icma üzvü, ziyalı və müəllim iştirak edib.
Konfransı giriş sözü ilə RİH başçısının müavini Sevil Əhmədova açıb, qonaqları və tədbir iştirakçılarını rayon rəhbərliyi adından salamlayıb. Tədbiri aparmaq üçün söz Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbə müdiri Rəhim Rəhimliyə verilib.
Konfransda “İslahatçı Gənclər” ictimai birliyinin sədri Fərid Şahbazov, politoloq Əhməd Şaiqov, Gənclər üçün Təhsil Mərkəzinin sədri Fəxrəddin Həsənzadə, İsmayıllı “Cümə” məscidinin dini icma sədri Vasif Teymurov, “Məhəmədiyyə məscidi”nin imamı Elnur Yusifov çıxış edərək dini radikalizm və onun fəsadları barədə konfrans iştirakçılarına məlumat veriblər. Ölkəmizin dini tolerantlıq sahəsində dünyaya örnək bir mövqedə olmasını, multikulturalizmin həyat tərzinə çevrildiyini diqqətə çatdırıblar.
YAP Gənclər Birliyinin sədri Şəhla Qafarovanın, UADM-nin əməkdaşı Gülnar Mikayılovanın təklifləri maraq doğurub.
Tədbir ulu öndər Heydər Əliyevin abidəsi önündə xatirə şəkli çəkilməsi ilə yekunlaşıb.
“İsmayıllı xəbərləri”

Şərh Yaz