Balaca məzunlar

17 iyun 2016-cı il tarixində şəhər 1 nömrəli körpələr-evi uşaq bağçasında “Əlvida bağça” adı altında tədbir keçirilib. Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin, RTŞ-nın, Gənclər və İdman İdarəsinin, Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları və valideynlər iştirak ediblər. Uşaq bağçası ilə vidalaşan uşaqların maraqlı çıxışları qonaqları məmnun edib.
Balaca məzunlar
Tədbir boyu əylənib şənlənən fidanlara sonda məktəbəhazırlıq dövrünü müvəffəqiyyətlə başa vurduqlarına görə bağça həyatından yadigar qalacaq “Məzun” foto albomları təqdim olunub.
G.Cərullayeva

Şərh Yaz