Uğurlarımız davam edir

24 iyun 2016-ci il tarixində İsmayıllı şəhər 5 saylı tam orta məktəbin ingilis dili müəllimi Arzu Məmmədovanın iş təcrübəsinin yaymaq məqsədilə İsmayıllı rayon təhsil şöbəsi İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbində elmi praktik konfrans keçirilib.
Konfransda İsmayıllı şəhər və kənd məktəblərinin xarici dil müəllimləri olmaqla və İsmayıllı Rayon Təhsil Şöbəsinin metodistləri Sədəf Mikayılova, Vəfa Ağayeva və İsmayıllı RTŞ-nın metodkabinə rəhbəri Hümbət Əsədov iştirak edib.
Uğurlarımız davam edir
Tədbiri giriş sözü ilə Hümbət müəllim açıb, İsmayıllı rayonunun təhsil uğurlarından danışıb və qeyd edib ki, qabaqcıl müəllimlər nəinki rayonda, respublikada, hətta respublikadan kənarda da keçirilən treninqlərdə iştirak edir və böyük uğurlar qazanırlar. O, çıxışında həmçinin, İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbinin yaranmasından qısa vaxt keçməsinə baxmayaraq uğurlu təhsil göstəriciləri sayəsində iki dəfə Azərbaycan Respublikasının Prezidentinin keçirdiyi “İlin ən yaxşı məktəbi” müsabiqəsinin qalibi olduğunu qeyd edib.
İsmayıllı RTŞ-nın metodisti Sədəf Mikayılova geniş və ətraflı çıxışında Arzu müəllimin uğurlarından və iş təcrübəsindən danışıb. Bildirib ki, İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbinin şagirdlərinin ingilis dili üzrə göstəriciləri buraxılış imtahanlarında və TQDK-nın keçirdiyi qəbul imtahanlarında nəinki rayon məktəblərinin göstəricisindən, hətta, respublika üzrə göstəricidən də yuxarı olduğunu qeyd edib.
Bu uğurda Arzu müəllimin həm ingilis dili müəllimi, həm də məktəbin xarici dili metodbirləşmə rəhbəri kimi zəhmətinin danılmaz olduğu vurğulanıb.
A.Məmmədova hazırladığı video roliklərlə qonaqlara iş təcrübəsindən danışıb. Qazandığı uğurlar haqqında təfsilatı ilə məlumat verib.
Öz çıxışlarıyla rayonumuzun qabaqcıl müəllimləri Humay Talıbova, Ruhiyyə Mahmudova, Şükufə Nəcəfova, Şərafət Bayramov, Arzu Məmmədovaya daha böyük uğurlar arzulayıblar.
Sevinc Mirzəyeva,
məktəbin müəllimi

Şərh Yaz