XX əsrin Leyli-Məcnun taleyi

Sevgi haqqında kifayət qədər əfsanələr, nağıllar, poemalar, əsatirlər var. Hər xalqın özünəməxsus keyfiyyətləri, mental dəyərləri, adət-ənənəsi, xüsusi ehtiram bəslədiyi hissləri olur. Xalqımızın da xüsusi həssaslıqla yanaşdığı hisslər Allaha sevgi, ehtiram, ailəyə sədaqət, Vətənə sevgi hissləridir.
Ədəbiyyat tariximiz ən qədim zamanlardan bəri öz önəmini qoruyub saxlamış sevgi dastanları ilə, nəinki Azərbaycan, həmçinin dünya ədəbiyyatının nadir incisi sayılan Leyli-Məcnunu ilə çoxdan öz sözünü deyib. Əfsanəvi sevgi bu gün də mövcuddur. Ötən əsrin 90-cı illərində baş vermiş sevgi tragediyası dediklərimizə misal ola bilər.
XX əsrin Leyli-Məcnun taleyi
Tarixdə qalan ən zərif, ən həssas duyğulardan biri də real Azərbaycan ailəsində yaşanmış sevgi hekayəsidir. O hekayə ki, artıq hamımıza bəllidir, xalqımızın çətin günlərini, qanlı tariximizi və misli görünməyən duyğuları özündə birləşdirən İlham-Fərizə sevgisindən bəhs edir.
İlham-Fərizə sevgisinin sonluğu Azərbaycan gənclərinə milli sevgililər günü bəxş etdi.
Bayramınız mübarək, əziz sevgililər!
Elnarə Günəş

Şərh Yaz