Deməsək olmaz

Kim nə deyər bizdə olan qeyrətə,
Qeyrətimiz bəllidir hər millətə
M.Ə.Sabir
Allah sənə rəhmət eləsin, Sabir! Necə də gözəl demisən! Amma, atam, tək qeyrətlə murad hasil olmur axı. Bu qeyrətin (varsa) yanında bir az mədəniyyət, bir qədər də vicdan olsa daha yaxşı olmazmı?!
Sən o zaman millətin dərdini çəkə-çəkə yazıb ürəyini boşaldırdın, yatmışları oyadırdın. Amma indi göydə Günəşi dananlar, yazıb el üçün döyünən ürəkləri dərdə salmaq istəyənlər var. Əgər belə olmasaydı, adlarını çəkmək belə istəmədiyim bəzi saytlar ölkənin altını-üstünə, üstünü də altına çevirməkləri ilə meydan sulamazdılar. Bu saytlarda “can yandıran”lar, ağı qaraya qatanlar, düzə əyri deyənlər məgər bu millətdən deyil? Məgər etdiklərini qərəz olduğunu özləri də bilmirlərmi? Bilirlər. Özü də çox gözəl bilirlər. Əslində, belələri xəstədirlər. Özləri demişkən, çörəkləri ordan –“ şərdən, böhtandan, iftiradan, qarayaxanlıqdan çıxır. Hər kəsin ruzisini verən Allahdır. Amma Allah kəssin mərdiməzarlıqdan, nadürüstlükdən çıxan çörəyi!
Bəlkə də kimlərəsə sonuncu kəlməm qarğış kimi görünər. O səbəbdən fikrimi alqışla bitirirəm: Allah xəstələrinə şəfa versin!
H.Məmmədov,
əmək veteranı

Şərh Yaz