Nümayəndə günü

9 iyun 2016-cı il tarixində Heydər Əliyev Mərkəzində növbəti “Nümayəndə günü” keçirilmişdir.
RİH başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rüstəm Səmədov iclas iştirakçılarını salamlayaraq gündəlikdə duran məsələlərlə onları tanış etdi. Sonra İƏD üzrə nümayəndələrin fəaliyyətinə toxunaraq işlərində daha fəal olmağı tövsiyə etdi.
Nümayəndə günü
R.Səmədov İƏD üzrə nümayəndəliklərin sosial-inkişaf pasportu və ərazi üzrə geniş məlumat bazasının hazırlanması barədə genş danışaraq bu barədə tapşırıqlarını verdi. O, 2016-cı ilin ikinci yarım ili üçün İƏD üzrə nümayəndəliklərin mətbuata abunə yazılması vəziyyəti barədə məlumat verdi.
Hər iki məsələ geniş müzakirə edildikdən sonra İƏD üzrə nümayəndələrə müvafiq tapşırıqlar verildi. Sonda yığıncaq iştirakcılarını maraqlandıran suallar cavablandırıldı.
E. Manafov

Şərh Yaz