Yaddas kitabcasi

Təntənə ilə qeyd olunan bayram

1 iyun 2016-cı il tarixində uşaq bağçalarında tərbiyə alan körpələrin və ibtidai sinif şagirdlərinin iştirakı ilə Uşaqların Beynəlxalq Müdafiəsi Günü rayonun Gənclər Mərkəzində təntənə ilə qeyd olundu.
Tədbir E.Məmmədov adına İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyin birinci sinif şagirdlərinin söylədikləri təbrik məzmunlu şeirlər və xorla oxuduqları mahnılarla açıldı.
Təntənə ilə qeyd olunan bayram
Rayon ərazisində fəaliyyət göstərən 10 uşaq bağçasının hər birindən gələn nümayəndələr bir-birindən maraqlı rəqslər və mahnılarla məharətlərini göstərdilər, bir-birini təbrik etdilər. Körpələrin hazırladıqları kiçik səhnəciklər orjinallığı və təbiiliyi ilə diqqəti cəlb etdi. İfa olunan mahnı və rəqslər multikulturalizim ilinə uyğun seçilmişdi.
Akt zalında keçirilən bayram tədbirində çıxış edən rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova tədbir iştirakçılarını rayon rəhbərliyi adından səmimi təbrik etdi.
İl boyu tədbirlərdə fəallıq göstərən məktəbəqədər yaşlı 15 uşağa qiymətli hədiyyələr və diplomlar təqdim olundu.
Tədbir Heydər Əliyev adına parkda gəzinti, konsert və “Gülüstan” sarayında təşkil olunmuş çay süfrəsi arxasında istirahətlə başa çatdı.
Lalə Kəbirova

Şərh Yaz