Yaddas kitabcasi

Dünyaya örnək olan mühit

“Multikulturalizm ili” çərçivəsində növbəti tədbir 7 iyun 2016-cı il tarixdə İsmayıllı şəhər 2 saylı tam orta məktəbdə Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) İsmayıllı nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Azərbaycandakı multikulturalizm mühiti bütün dünyaya örnəkdir” mövzusunda keçirilib.

Müəllimlərin və yuxarı sinif şagirdlərinin iştirak etdiyi tədbiri DQİDK-nın İsmayıllı rayonu üzrə nümayəndəsi Tural İbrahimov açıb, tədbirin məzmunu və mahiyyəti barədə məlumat verib.
Sonra RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Murad Məhərrəmov Azərbaycanda tolerantlıq və multikulturalizm mövzusunda tədbirə toplaşanlar qarşısında çıxış edib, ölkəmizdə multikultural dəyərlərin mahiyyətini açıqlayıb, Respublika Prezidentinin bu sahədə gördüyü işlər barədə məlumat verib.
Tədbirin sonunda DQİDK-nin yenicə hazırladığı “Fitnə” filmi nümayiş etdirilib.
Rəna Rəhimova

Şərh Yaz