Yaddas kitabcasi

11 ölkədən, 111 işdən 1 nömrəli 1-ci olub

2015-2016-cı tədris ilinin sonunda dərs ili boyunca qazandığımız uğurlara daha biri də əlavə olundu.
11 ölkədən, 111 işdən 1 nömrəli 1-ci olub
İ.Həsənov adına İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbinin rus bölməsində təhsil alan 7-ci sinif şagirdi Rəsul Baxışov Belçikada fəaliyyət göstərən Compassion Activism Charity xeyriyyə təşkilatı və Hindistanda nəşr olunan Arachneed jurnalının birgə təşəbbüsü ilə 22 aprel Yer Günü ərəfəsində təşkil olunmuş “Yer üçün yaz – Yer ilə yaz!” (“Write for the Earth – Write with the Earth!”) inşa yazı müsabiqəsinin qalibi olub. İnternet vasitəsilə həyata keçirilən beynəlxalq müsabiqə ətraf mühitin mühafizəsində eyni maraqlara xidmət edən 6-16 yaşlı şagirdləri birləşdirib, ümumilikdə 11 ölkədən 111 onlayn iş daxil olub və onlar 7 ölkədən seçilmiş 11 münsif tərəfindən qiymətləndirilib.
Rəsulun yazdığı inşa bütün üzvlər tərəfindən yüksək dəyərləndirilərək 96,87 faiz balla ən yüksək pilləyə – 1-ci yerə layiq görülüb. Rəsulla bərabər Azərbaycan üzrə 2-ci yerin qalibi Astara rayonunun məktəblisi Ləman Mikayıllı və 3-cü yerin qalibi İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbinin şagirdi Rüfət Həmidli olub. Qalib şagirdlərimizi təbrik edir, onlara daha yüksək, yeni nailiyyətlər arzulayırıq.
“İsmayıllı xəbərləri”

Şərh Yaz