İdarə əməkdaşlarını uşaqlar əvəz edib

1 İyun -Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə elə həmin gün İsmayıllı rayon Gənclər və İdman İdarəsinin əməkdaşlarının əvəzinə azyaşlı uşaqlar “iş başına” keçiblər. İsmayıllı rayon Gənclər və İdman İdarəsinin əməkdaşları isə məzmunca oyun olmayan gedişatın tamaşaçısı olublar. Əvvəlcə “rəis” işçilərlə iclas keçirib və müvafiq tapşırıqlar verib. Günün tapşırığını alan hər kəs öz iş yerinə dönüb və böyük ruh yüksəkliyi ilə işləməyə başlayıb.
İdarə əməkdaşlarını uşaqlar əvəz edib
Uşaqlar məsuliyyətli vəzifələrini layiqincə icra etdikdən sonra Gənclər və İdman İdarəsinin təşkil etdiyi çay süfrəsinə dəvət olunublar. Rayon Gİİ-nin rəisi Taleh Salehov uşaqların başa düşəcəyi tərzdə idarədəki işin mahiyyəti barədə onlara məlumat verib. İzah edib ki, yaxşı oxuyub, kifayət qədər kamillik qazandıqdan sonra bu vəzifələri məhz onlar daşımalı olacaqlar.
Psixoloqların dediyi və təcrübədən göründüyü kimi, bu kimi tədbirlərin keçirilməsi uşaqlarda, yetişməkdə olan nəslin məsuliyyət hissinin, müasir vətəndaş xarakterinin formalaşmasında həlledici
təlim formalarından biridir.
İş saatı başa çatdıqdan sonra balacalarla xatirə şəkli çəkilib.
Şəhla Qafarova

Şərh Yaz