Click here to move
Gənclərimiz zona birincisi oldular -

Gənclərimiz zona birincisi oldular

İyun ayının 1-də Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı və Təhsil, Gənclər və İdman Nazirliklərinin dəstəyi ilə keçirilən tədbirdə əsas məqsəd yeniyetmə və gənclərin fövqəladə hallar sahəsində hazırlıq səviyyəsinin artırılması, onlarda şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin inkişaf etdirilməsi, eləcə də hərbi vətənpərvərlik ruhunun aşılanması, məktəblilər arasında sağlam həyat tərzinin təbliğ edilməsindən ibarət olmuşdur.
Dövlət himninin sədaları altında komandaların tribuna önündən təntənəli keçidi ilə yarışa start verilmişdir.
Gənclərimiz zona birincisi oldular
Yarışlarda Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən rayonlarının ümumtəhsil məktəblərinin komandaları güclərini sınamışlar.
Yarış üç mərhələ – yanğın estafeti, gənc ekspertlər və komandaların təqdimatı müsabiqəsi üzrə keçirilmişdir.
Gərgin mübarizə şəraitində keçən yarışların yekunlarına əsasən, İsmayıllı rayonu
N.Behdiyev adına 6 nömrəli tam orta məktəbinin komandası I, Qəbələ rayonu T.Yaqubov adına Bum qəsəbə tam orta məktəbinin komandası II, Qax şəhər 3 nömrəli məktəb-litseyin komandası isə III yerə layiq görülmüşdür. Yarışda fərqlənən komandalar Diplom və Fəxri fərmanlarla təltif edilmişlər.
I yeri tutan komanda “Gənc xilasedici və yanğınsöndürən” ümumrespublika yarışlarının final mərhələsində iştirak etmək hüququ qazanmışdır.
İlham Vahabov,
İsmayıllı rayon Təhsil Şöbəsinin metodisti

Şərh Yaz