Click here to move
Bayrama həsr olunmuş konsert -

Bayrama həsr olunmuş konsert

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin 100 nəfərlik şagird kollektivi İsmayıllı rayonunda olub. Qonaqları İsmayıllı rayon Mədəniyyət və Turizim Şöbəsinin müdiri Azər Abbasov salamlayıb. Gənc istedadlar Yaradıcılıq Mərkəzinin akt zalında konsert proqramı ilə çıxış ediblər.
 Bayrama həsr olunmuş konsert
Proqramında M.Maqamayev, V.Adgözəlovun, Q.Qarayevin, F.Əmirovun əsərləri səsləndirilib, rəqs ansanbılının və nağaraçılar qurupunun çıxışları alqışlarla qarşılanıb.
Konsert proqramı Fazil Əzimov adına İsmayıllı şəhər İncəsənət məktəbinin muğam şöbəsinin 3 sinif şagirdi Məlahət Əhmədovanın ifasında “Şahnaz” muğamı ilə sona çatıb.
Şamaxı şəhər Mədəniyyət və Turzm Şöbəsinin müdiri Rafail Tağızadə İsmayıllıda konsert vermələri üçün yaradılmış gözəl şəraitə görə rayon rəhbərliyinə və təşkilatçılara minnətdarlığını bildirib.
Ş.Əhmədov

Şərh Yaz