Ədəbi-bədii gecə

Bu günlərdə məktəbimizdə dahi, ölməz şair Səməd Vurğunun yaradıcılığına həsr edilmiş ədəbi-bədii gecə keçirildi. Gecəni giriş sözü ilə məktəbin kitabxanaçısı Rəhilə İsmayılova açdı. Sonra isə kompüterlə şairin çıxışı dinlənildi. Şagirdlər çıxışlarını şairin dillər əzbəri olan “Azərbaycan” şeiri ilə başladılar. V sinif şagirdi Müşkünaz Ömərova “Şair nə tez qocaldın sən?”, VIII sinif şagirdi Babək Məlikov “Ananın öyüdü”, IX sinif şagirdi Lalə Allahquliyeva “Zəfər bayramı”, III sinif şagirdi Əsmər Xəlilova “Şam“ şeirini söylədi. III sinif şagirdləri Əsmər Xəlilova və Nahid Məlikovun “Xosrov və Şirin”, VII sinif şagirdləri Gülafər Şəfaqətova, Saleh Səmidov, Möhlət Nuğayev, Rəşad Səmidov və Allahyar Əkbərovun “Vaqif“ dramından göstərdikləri səhnələr böyük alqışlarla qarşılandı.
Ədəbi-bədii gecə
Ədəbi-bədii gecə
Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Bayram Abdullayev şairin həyat və yaradıcılığından, onun ölməzliyindən geniş, maraqlı söhbət açdı. O, şairin rayonumuza gəlişini və “Talıstan“ poemasını yazmağını xüsusilə vurğuladı.
Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Ceyran Hümbətova, müəllim Nazilə Səfərova tədbir və şair haqqında fikirlərini söylədilər.
Ədəbi-bədii gecə tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.
Sonda məktəbin direktoru Şəmsiyyə Əhmədova məktəbin kitabxanaçısı Rəhilə İsmayılovaya və tədbirdə fəal iştirak edən şagirdlərə təşəkkürünü bildirdi.
H.Qasımov,
A.Məmmədov adına Diyallı kənd tam orta məktəbinin tədris işləri üzrə direktor müavini

Şərh Yaz