Əhalinin sağlam yaşamaq təminatı

Ölkə rəhbərliyinin uğurla apardığı sosial və iqtisadi siyasətin nəticəsi olaraq, əldə edilmiş güclü tərəqqi səviyyəsinin profilaktik istiqamətli məqsədi olan əhalinin sanitariya-epidemioloji salamatlığının təmin olunmasında da öz müsbət təsirini göstərməkdədir.
Əhalinin sağlam yaşamaq təminatı
Səhiyyəmizin davamlı inkişaf strategiyasının tərkib hissəsi olan maddi texniki bazasının gücləndirilməsi, yoluxucu xəstəliklərlə mübarizə sahəsində aparılan səmərəli işlər, beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq şəraitində həyata keçirilmiş profilaktik və əksepidemik tədbirlər ümumilikdə əhalinin sağlamlığının yaxşdırılmasında əsaslı rol oynamışdır.
“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının indiki və gələcək nəsillərin səhhətinə mənfi təsir göstərməyən və onların sanitariya-epidemioloji salamatlığını təmin edən əlverişli ətraf mühitdə yaşamaq hüququna malikdirlər.
Əhalinin sanitariya-epidemioloji salamatlığı dedikdə, ictimai sağlamlığın və insanların yaşayış mühitinin elə bir halı nəzərdə tutulur ki, bu mühitin amilləri insan orqanizminə təhlükəli və zərərli təsir göstərmir və insanın həyat fəaliyyəti üçün əlverişli şərait yardır. Yəni, ölkəmizin əhalisinin əsas hüquqlarından biri kimi nəzərdə tutulan əlverişli ətraf mühitdə yaşamaq hüququnun təmin olunması həmin mühitin amillərinin mənfi təsirlərini aradan qaldırılmasından asılıdır.
İnsanı əhatə edən ətraf mühit amilləri isə çox geniş, əhatəli bir anlayışdır və həmin amillərə bioloji (virus, bakterial, parazitar və digərləri), kimyəvi, fiziki (səs-küy, titrətmə, ultrasəs, istilik, ionlaşdırıcı və digər şüalar), ictimai (qidalanma, su təchizatı, məişət, əmək şəraiti, istirahət) və digər amillər aiddir və həmin amillər insanlara və gələcək nəsillərin sağlamlığı vəziyyətinə təsir göstərə bilər.
İnsanın həyat fəaliyyəti üçün əlverişli şərait dedikdə isə, insanı əhatə edən mühit amillərinin insanın sağlamlığına zərərli təsir göstərmədiyi və insan orqanizminin pozulmuş funksiyalkarının bərpasının mümkün ola bilməsi vəziyyəti başa düşülür.
Azərbaycan Respublikasının müstəqillik qazandığı ilk illərində qəbul olunmuş “Sanitariya-epidemioloji salamatlıq haqqında qanun”la ölkə əhalisinə verilmiş bu hüququn, yəni sanitariya-epidemioloji salamatlığı təmin edən əlverişli mühitdə yaşamaq hüququnun möhkəmləndirilməsi üçün çoxsaylı qanunvericilik aktları qəbul edilmişdir. İnsanı əhatə edən bioloji amillərin mənfi təsirindən qorunmaq üçün yolxucu xəstəliklərlə mübarizə sahəsində bir sıra qanunvericilik aktları, məsələn: “Yoluxucu xəstəliklərin immunprofilaktikası haqqında”, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında”, “İnsanın immun çatışmazlığı virusunun törətdiyi xəstəliyin (AİDS) yayılmasının qarşısının alınması haqqında qanunlar qəbul edilmiş, çoxsaylı qanunaltı sənədlər hazırlanıb təsdiq edilmişdir. Təsadüfü deyildir ki, ölkəmizin müstəqilliyi dövründə aparılmış geniş təşkilati və tibbi profilaktik tədbirlər nəticəsində əvvəllər ölkəmizdə çoxsaylı insanların düçar olduğu malyariya, poliomielit, difteriya, məxmərək kimi digər ağır xəstəliklərin qeydə alınması son illərdə müşahidə edilmir, peyvəndlə qarşısı alınan digər yoluxucu xəstəliklərin qeydə alınmasına isə nadir hallarda təsadüf edilir. Digər əksər yoluxucu xəstəliklərin isə dinamik azalması müşahidə olunur.
Vətəndaşlarımızın sanitariya-epidemioloji salamatlığını təmin edən əlverişli mühitdə yaşamaq hüquqlarının təminatı üçün su təchizatı sistemlərinin yaxşılaşdırılması böyük əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası “Milli su təchizatı və kanalizasiya xidmətləri üzrə ikinci lahiyə” çərçivəsində “İsmayıllı şəhərində su təchizatı, çirkab su sistemləri və çirkab su təmizləyici qurğularının inşası” lahiyəsi “Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına” uyğun olaraq davam etdirilir. Belə ki, köhnə su xətləri ləğv edilmiş, əhali yenu içməli su ilə təmin olunmuşdur. Г‡irkab sularının axıdılması üçün yeni kanalizasiya xəttlərinin çəkilişi başa çatsa da, kanalizasiya – çirkab sularının axıdılmsı üçün təmizləyici qurğunun tikintisi başa çatmadığı üçün fəaliyyət göstərmir.
Rayonun Gəraybəyli, Əyyubbəyli və Xəlilli kəndləri istifadə etdikləri suyu Girdiman çayından, Г‡əmənli kəndi isə Göyçay çayından götürür. Digər yaşayış məntəqələri içməli suları yerli bulaqlardan, subartezian və artezian quyularından götürürlər.
Əhalinin sağlam yaşamaq təminatı[img=left]
Yaşayış məntəqələrinin istifadə etdiyi su mənbələrinin sanitariya mühafizə zonasının yaradılması və qorunması barədə ərazi icra nümayəndələrinin və bələdiyyələrin iştirak etdiyi toplantılarda bu məsələnin vacibliyi onların diqqətinə çatdırılmış və müvafiq tədbirlərin görülməsi haqqında tapşırıqlar verilmişdir. Sanitariya-epidemioloji salamatlığı təmin edən əlverişli mühitdə yaşamaq hüququnun ən vacib istiqamətlərindən biri əhalinin təhlükəsiz, keyfiyyətli qidalanmasının təmin olunmasıdır. “Yeyinti məhsulları haqqında” ölkə qanunun qəbul edilməsi və həmin qanunun beynəlxalq təcrübələr nəzərə alınmaqla ardıcıl təkmilləşdirilməsi bu sahədə qanunvericilik bazasının gücləndirilməsi və əhalinin sağlam və keyfiyyətli qidalanmasına zəmin yaradan səmərəli tədbirlərin həyata keçirilməsinə imkan yaradır. Qida-sənaye, ictimai-iaşə və ticarət müəssisələrində işləyən hər bir işçi bu sahədə öz məsuliyyətini başa düşməli, ərzaq məhsullarının istehsalı, daşınması, saxlanması və satışı sahəsində sanitariya-gigiyena qayda və normalarına ciddi əməl olunmalıdır.
X.Qəmbərov,
İsmayıllı rayon GEM-nin direktoru

Şərh Yaz