Tircan kəndində görüş-qəbul

Tircan kənd inzibati ərazi dairəsi Tircan və Maçaxı kəndlərini əhatə edir. Həmin kədlərdə yaşayan sakinlərlə rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov görüş-qəbul keçirib. Görüşdə başçı qarşıda duran, həlli vacib məsələlərdən, kəndin inkişafı üçün görüləcək tədbirlərdən, qaz, elektrik enerjisi və su təchizatının, kommunal xidmətlərin daha da yaxşılaşacağından, sahibkarlığın inkişafı üçün sakinlərin fəal mövqeyə gəlməsinin vacibliyindən danışıb.

Kənd sakinləri əhalinin sosial rifahının artırılması üçün yaradılan şəraitə görə təşəkkür edərək bildirdilər ki, onlar özləri də kənddə yeni təsərrüfatların, müəssisələrin yaradılması üçün müəyyən işlər görmək istəyirlər. RİH başçısı Mirdaməd Sadıqov ərzaq bolluğuna, faydalı əməyə istiqamətlənmiş təşəbbüslərin dəstəkləndiriləcəyini bildirərək, bu fikirdə olanlara məsləhətlərini verib. Başçı deyilən istiqamətlər üzrə vətəndaşlara köməklik göstərilməsini aid sahə rəhbərlərinə tapşırıb.
Daha sonra sakinlər kəndin və özlərinin problemləri ilə bağlı RİH başçısına müraciət ediblər.
Г‡ıxışlardan bəlli olub ki, Tircanda tibb məntəqəsinə ali təhsilli həkimin təyin olunmaması hamını narahat edir. Magistral yoldan kəndə ayrılan yolun asfaltlaşdırılmasına, qəzalı vəziyyətdə olan kənd klubunun təmirinə, məktəb üçün akt zalının tikilməsinə, hər iki kənddə kənddaxili elektrik xətlərinin təmirinə, Maçaxı kəndinə gedən elektrik xəttinin meşə zolağından yolkənarı zonaya çıxarılmasına, Tircan kəndində subartezian quyusunun qazılmasına, Maçaxı kəndinə təbii qazın verilməsinə ehtiyac var.
RİH başçısı bütün müraciətləri diqqətlə dinləyib və qaldırılan məsələlərin həlli barədə aidiyyati üzrə tapşırıqlar verib.
Ş.Soltanov

Şərh Yaz