Kənd məktəbindən dünyaya

26 may 2016-cı il tarixində İsmayıllı Rayon Təhsil Şöbəsinin dəstəyi ilə İsmayıllı rayonu Topçu kənd tam orta məktəbinin pedaqoji kollektivi tərəfindən “İKT imkanlarından səmərəli istifadə etməklə tədrisin keyfiyyətinin yüksəldilməsi, tərbiyə prosessində multikultural dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsi yolları” mövzusunda təşkil olunmuş elmi-praktik konfransda RTŞ-nin müdiri Rasim Orucov bu münasibət ilə tədbirin pedaqoji nümayəndələrini təbrik edib.
Kənd məktəbindən dünyaya
R.Orucov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı ili multikulturalizm ili kimi elan edilməsi barədə imzaladığı sərəncama əsasən qarşıda duran təbdirlər planına uyğun olaraq təhsil ictiamiyyəti ilə belə bir konfransın təşkili ölkəmizdən kənarda yaşayan soydaşlarımızla eyni zamanda digər mədəniyyətləri təbliğ edən həmkarlarımızla daha sıx əlaqə yaratmağa, onları daha yaxından tanımağa və xalqın hər bir nümayəndəsinin bir-birinə qayğı və hörmətlə yanaşmağa səsləyən bir təşəbbüsdür.
Texnologiyaların başlanğıcda bizə yaratdığı hər bir çətinliyə rəğmən bu konfrans uğurla davam etdi, rayonumuzun bir sıra orta məktəbləri ilə yanaşı Moskva təhsil müəssisələri şəbəkəsinə aid olan Kərim Kərimov adına 1582 nömrəli etno-məktəb, Gürcüstanın Bolnisi rayonu, müxtəlif mədəniyyətləri təmsil edən Hindistan, Rusiyanın Г‡elyabinsk vilayətindən 23 nömrəli gimnaziya, Sudanda fəaliyyət göstərən Oxford məktəbinin də bu konfransda iştirakı qarşıya qoyduğumuz məqsədə nail olmaqda vasitəçi oldular.
İsmayıllının şəhər və kənd məktəblərindən dünyaya paylanan təhsil əməkdaşlığının gələcəkdə daha mütəmadi aparılması RTŞ-nin qarşıya qoyulan başlıca məqsədlərdəndir.
Vəfa Ağayeva
RTŞ-nin metodisti

Şərh Yaz