“Kitabi-Dədə Qorqud”un müxtəlif dillərdə tərcüməsinin təqdimatı

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Kitabi-Dədə-Qorqud” dastanının dünya elm aləminə tanıdılmasının 200 illiyi ilə əlaqədar sərəncam imzalayıb. Sərəncamla bağlı il boyu ölkədaxili və ölkədən kənar çoxlu sayda beynəlxalq simpoziumlar, elmi konfranslar, “dəyirmi masa”lar təşkil edilib. Bununla əlaqədar olaraq Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi alman şərqşünası Henri Fridrix fon Ditsin alman dilinə tərcümə edərək ön söz yazdığı “Basatın Təpəgözü oldürdüyü boy” kitabını 25 dilə çevirərək nəşr edib.
“Kitabi-Dədə Qorqud”un müxtəlif dillərdə tərcüməsinin təqdimatı
Bununla əlaqədar 19 may 2016-cı il tarixdə İsmayıllı Uşaq Kitabxanasında “Basatın Təpəgözü öldürməsi” boyu kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun ölkədaxili layihələr sektorunun rəhbəri Hacı Nərimanoğlu və “Bilik Fondunun” İsmayıllı rayonu üzrə nümayəndəsi Elçin Məmmədov və RİH-nin məsul işçisi iştirak edib. Г‡ıxış edənlər “Kitabi- Dədə Qorqud” dastanının dünya epos düşüncəsinə bir nümunə olduğu vurğulanıb və dastanın Azərbaycan xalqına məxsusluğunu və bu məsələnin dövlət səviyyəsində ilk dəfə qeyd edilməsinin ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğu qeyd olunub.
Sonda “Bilik Fondunun” çap etdirdiyi kitablar kitabxanaya hədiyyə edilib.
Gülnarə Mirzəliyeva

Şərh Yaz