Yaddaşlara köçən ömür

Şəhidlik zirvədir, elə zirvə ki,
İnsan bu zirvədə günəşə dönür.
Г‡atır cəsarəti ulduza, aya,
Cahanda parlayan atəşə dönür.
Hamımız zaman adlı bir yolun yolçusuyuq. Bu yollar bizi öz axarına salıb taleyin müxtəlif səmtlərinə aparır. Yıxılırıq, büdrəyirik, lakin yaşamaq uğrunda mübarizədə qalib çıxmaq üçün vuruşuruq, yorulmadan mübarizə aparırıq.
Yaddaşlara köçən ömür
Yaddaşlara köçən ömür
Yaddaşlara köçən ömür
Xoşbəxt o adamdır ki, geridə yaxşı iz qoyduğunu hamı görür, fəxr edir, illərin boş keçmədiyinə heyfsilənmir.
Heç nə unudulmur, yol gedirik biz,
Yollara iz düşür ləpirimizdən.
Lentə yazılan tək əməllərimiz,
Yazılır, iz qalır hardasa bizdən.
Ağac barı, güllər, çiçəklər ətri ilə sevildiyi kimi, insan da ona bəxş edilmiş ömür yolundakı əməlləri ilə seçilib-sayılır. Taleyini hər hansı bir peşəyə bağlayıb bu peşənin sirlərinə dərindən yiyələnərək vətənimizə, xalqımıza xidmət edənlər, bəzən ölümün gözünə dik baxmağı bacaranlar özlərinə məxsus bir tarix yaradırlar. Belə insanlardan biri də 25 apreldə yenidən anım gününə yığışdığımız, adını daşıdığı şəhər 2 nömrəli tam orta məktəbin kollektivi tərəfindən həmişə sevilən, hər gün heykəlinin önünə tər çiçəklər düzülən Ağahüseyn Ağacəfər oğlu Aslanovdur.
Hamı kimi doğulsa da, o, hamı kimi yaşamadı. Bir çoxları kimi, onun da payına şəhidlik düşdü və bu onun ömür kitabının son – parlaq səhifəsi oldu…
XX əsrin sonu bizlərə gözləmədiyimiz halda müharibə, acı kədər, göz yaşları gətirdi. Torpaqlarımız işğal olundu. Minlərlə oğul və qızlarımızı şəhid verdik. Milyondan çox soydaşımız öz ata-baba torpaqlarından didərgin düşdü. Dağıntılara məruz qaldıq, lakin sınmadıq, əyilmədik. Yenə özümüzə inam hissi aşılayaraq gələcəyə baxdıq. Şəhid övladlarımızı yaddan çıxarmadıq onları dönə-dönə xatırladıq və xatırlayacağıq. Süleyman Rüstəmin dediyi kimi:
Ey insanlar! Dönə-dönə şəhidləri xatırlayın, igidləri xatırlayın.
Öz qanıyla qalibiyyət dastanını yazanları xatırlayın.
Bu torpağa ana kimi qucanları xatırlayın.
Ölümüylə əbədiyyət qapısını açanları xatırlayın.
Xatırlayın, xatırlayın, yenə, yenə xatırlayın.
Azərbaycanın minlərlə övladı döyüş bölgələrinə yollandı. A.Aslanov da onlardan biri idi. Mənfur qonşularımızın fitnəkarlığı, hiyləsi ilə məcburən cəlb edildiyimiz müharibə bizə çoxlu itkilər verdi. 1994-cü il aprel ayının 25-də Ağdam bölgəsində düşmənə qarşı döyüşlərdə qəhrəmancasına həlak olan polis polkovnik-leytenantı A.Aslanov da belələrindən idi. O, polis əməkdaşı kimi şərəfli bir ömür yolu keçmiş, polis-podpolkovniki rütbəsinə qədər yüksəlmişdi. Lakin əcəl aman vermədi. Onun ömür kitabına 44 illik ömür səhifələri düşdü. Bizi onun ölümündən 22 illik bir zaman ayırır.
A.Aslanov 1950-ci ildə İsmayıllı rayonunun Əhən kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universtitetinin hüquq fakültəsini qiyabi bitirmişdir. 1976-cı ildən daxili işlər orqanında işləməyə başlayıb və ömrünün sonuna kimi də həyatını işinə, bölgələrdə əmin-amanlığın təmin olunmasına sərf etmişdir.
İsmayıllı rayon DİŞ-də sahə inspektoru, cinayət axtarış xətti üzrə baş inspektor, əməliyyat işləri üzrə rəis müavini işləmişdir. A.Aslanovun narahat ömrünün bir neçə ili də Göyçay rayonu ilə bağlı olmuşdur. Bu rayonda DİŞ-in rəis müavini və rəis kimi fəaliyyət göstərərək insanlarin təhlükəsizliyinin keşiyində dayanmışdır.
Son illərdə Abşeron Rayon Polis Şöbəsində əməliyyat işləri üzrə rəis müavini işləyən Ağahüseynin də rahatlığı yox idi. Gecəsi-gündüzü cəbhə bölgələrində keçirdi. Döyüşlərdə polis əməkdaşlarına tez-tez baş çəkir, onları qələbəyə ruhlandırır, öz köməyini onlardan əsirgəmirdi. Belə narahat, barıt qoxulu günlərin birində də düşmən gülləsinə tuş gəldi.
A.Aslanovun əziz xatirəsini sözün sehrində yaşatmaq istəyən dostlarının, ailə üzvlərinin ürək sözləri –?–™Eldən gedən oğul–?–™ adlı kitabda öz əksini tapmışdır. İndi həmin kitab çoxlarının evində tez-tez vərəqlənən stolüstü kitaba çevrilmişdir. Gəlimli-gedimli dünya, son ucu ölümlü dünya. Səndən kimlər keçmədi? İnsandan qalan yeganə şey sözdür. Biz də bu kitabı ərsəyə gətirənlərə öz minnətdarlığımızı bildiririk.
Aprelin 25-də 2 nömrəli tam orta məktəbində 1994-cü ilin elə bu günündə Ağdam uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olmuş Ağahüseyn Aslanovun anım günü keçirildi. Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Murad Məhərrəmov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları, Şəhid Ailələri ictimai birliyinin sədr müavini Kamil Dadaşov, Rayon Polis Şöbəsinin şəxsi heyətlə iş üzrə rəis köməkçisi, polis polkovnik-leytnantı Pənah Musayev və şöbənin digər əməkdaşları, Təhsil Şöbəsinin metodisti Rəna Mirzəliyeva, şəhidin ailə üzvləri, yaxınları, qohumları iştirak etdilər.
Şəhid Ağahüseyn Aslanovun döyüş yolu, həyat və fəaliyyəti haqqında söhbət açıldı. Hərbi vətənpərvərlik ruhu Azərbaycan xalqında həmişə yüksək olub. Ailədən başlanan bu tərbiyə ümumtəhsil məktəblərində davam etdirilir. Vətənpərvərlik tərbiyəsi xalqımızın vətənə, torpağımıza olan böyük məhəbbətindən irəli gəlir. Bunu inkişaf etdirmək üçün hər il məktəblilər arasında hərbi-idman oyunları, müxtəlif yarışlar keçirilir. Bu il də məktəbimizin şagirdləri həmin yarışlarda çox həvəslə iştirak etdilər və Vətənə sadiq olduqlarını bir daha göstərdilər.
Son hadisələr göstərdi ki, azğın düşmənə sinə gərib dayanan igid oğullarımız, qəhrəman ordumuz hər an düşmənə layiqli cavab verməyə qadirdir. Bu gün də ordu sıralarında xidmət etməyə hazırlaşan gənclərimiz vətənə sadiq əsgər olacaqlarını, düşmənə hər an layiqli cavab verəcəklərini fəxrlə ifadə edirlər.
Tədbirin sonunda şəhidin həyat yolu haqqında xatirələr söylənildi, şagirdlərin ifasında vətənpərvərlik ideyalarını əks etdirən şeirlər və mahnılar səsləndirildi. Döyüşlərdə həlak olmuş şəhidlərimizin ruhu yad edildi.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Gilas Musayeva,
İsmayıllı şəhər A.Aslanov adına 2 nömrəli tam orta məktəbinin sinfdənxaric və məktəbdənkənar işlər üzrə direktor müavini

Şərh Yaz